Alternative content

03:13 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənətkar ömrü
Sənətkar ömrü
ANA SƏHİFƏ / Mədəniyyət
00:18 10.07.2020


1900-cu il iyunun 19-da Tiflisin "Şeytanbazar” məhəlləsində ruhani ailəsində dünyaya gəlib Möhsün Cəfərov. Sənani təxəllüsü ilə şöhrətlənənədək həyatın çox çətin sınaqlarından, ağrı-acılı yollarından keçib. Beş yaşında ata-anasız qalıb. Ona və bacısına nənələri himayədarlıq edib. Nənəsi Möhsünün gələcəyini öz arzularına görə qurmaq istəyib. 1906-cı ildə mədrəsəyə aparıb ki, nəvəsi oxuyub atası kimi molla, mərsiyəxan olsun. Ancaq iki il sonra, 1908-ci ildə Möhsünün mədrəsə təhsili yarımçıq qalıb, nənəsi vəfat edib. Möhsünlə bacısı xalaları molla Zinyətin ümidinə qalıblar.

Xalasından gileyli olmayıb. Molla Zinyət Möhsünlə bacısını öz övladlarından ayırmayıb. Onun təhsili ilə özü məşğul olub. Amma xalasının böyük ailəsinin maddi vəziyyəti ürəkaçan deyildi. Balaca Möhsün düşünüb ki, onun və bacısının varlığı doğmalıq gördükləri bu ailənin sıxıntısını artırır. 1909-cu ildən işləməyə başlayıb. Çörəkpulu qazanmaq üçün ən çətin işlərin qulpundan yapışıb, "Şeytanbazar”da işləyib, hamballıq edib.

Səhnə onu cazibəsinə salanda yeniyetməlik çağlarındaydı. Yerli teatrların və Tiflisə qastrola gələn aktyorların tamaşalarına böyük maraqla baxıb. Teatr aktyorlarının oyunlarını, meydanlarda dərvişlərin oxumalarını təqlid edib. Tamaşaçıların qarşısına isə ilk dəfə 1911-ci ildə çıxıb. O günün qürur və həyəcanı həmişəlik yaddaşına həkk olub.

Sənət yolu ilə irəlliləyib. 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub. Dərnəkdə birpərdəli səhnələrdə oynayıb.

Tiflis müsəlman artistləri dəstəsinin aktyoru Mirzəxan Quliyev Möhsün Sənaninin ilk rejissoru olub. Tiflisdə Mirzəxan Quliyevlə bərabər, Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi aktyorlar onun istedadına inanıb, gələcəyinə ümid bağlayıblar. Beləcə, Möhsün səhnəyə daha həvəslə çıxmağa başlayıb.

Ancaq onun sənət yoluna sədd çəkmək istəyənlər də olub. Bunlar əsasən atası Molla Sadığın dostları idi. Maddi sıxıntılar da bir tərəfdən onu üzürdü. Belə ağır günlərində gürcü dostunun atasının köməyi ilə "Vano dayı” tramvay parkında işə düzəlib. Aldığı maaşla həm bacısını, həm özünü təmin edib, həm də xalasıgilə əl tutub.

1915-ci ildə Möhsün Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və başqaları Tiflis truppasına cəlb olunublar. Elə həmin il Hüseyn Ərəblinskinin iştirakı ilə "Kaveyi-Ahəngər” tamaşası hazırlanıb. Möhsün Sənaniyə də dəmirçi Kavənin oğlu rolu həvalə edilib. Rolun öhdəsindən bacarıqla gəlib.

Yenə də dolanışıq qayğısı çəksə də, maddi ehtiyac içərisində sıxılsa da, bütün işlərdən, peşələrdən əl çəkib. Həyatını həmişəlik aktyorluğa bağlayıb. Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov (Möhsün Sənaninin xalası Molla Zinyətin oğlu, sonralar Azərbaycanın xalq artisti olub) və başqa çox məşhur sənətkarların fəaliyyət göstərdikləri Tiflis teatrı truppasının ən gənc aktyoru olub. Gənc olsa da, qısa müddətdə "Arşın mal alan”da Süleyman bəy, Vəli, "Məşədi İbad”da hambal, "Nadir şah”da Rzaqulu, "Otello”da Kasio kimi rollar ona həvalə edilib. Möhsün Sənani ilk tamaşaçı alqışlarını, uğurlarını qazandığı Tiflis teatr truppasında 1920-ci ilədək çalışıb.

Möhsün Sənani və onun kimi bu teatrda sənətdə ilk addımlarını atan aktyorların çoxu sonralar Bakıya gəlib, səhnə fəaliyyətlərini bu şəhərdə davam etdiriblər. Möhsün Sənani Azərbaycan Dövlət Dram Teatrında işə başlayıb. Bu teatrın səhnəsinə ilk gündən tanınmış aktyorlarla çıxması onu həm həvəsləndirib, həm də məsuliyyətini artırıb. "Vaqif” tamaşasında Eldarı, "Göz həkimi”ndə sürücü Həsənağanı elə ifa edib ki, tamaşaçıları fərqli, bənzərsiz aktyor olduğuna inandırıb. Tezliklə məşhurlaşıb. Repertuarı zənginləşib. O, komik və tragik rolları eyni peşəkarlıqla ifa edib. Geniş yaradıcılıq imkanlarına, yüksək aktyorluq qabiliyyətinə, oxumaq, oynamaq bacarığına malik olub.

Ona tamaşaçı sevgisi qazandıran, şöhrətləndirən yalnız teatr sənəti olmayıb. Möhsün Sənani istedadı ilə kinorejissorların da diqqətini cəlb edib. 1923-cü ildə iyirmi üç yaşında ilk dəfə ekrana çıxıb. "Qız qalası” filmində epizodik döyüşçü rolu ona böyük uğur gətirib. Çox keçməyib ki, "Bayquş” və "Bismillah” filmlərinə dəvət alıb. Beləcə, Möhsün Sənani səhnədəki uğurlarını kino sahəsində də davam etdirib.

1939-cu ildə "Kəndlilər” filmindəki Eldar onun səsli kinoda ilk rolu olub. Ümumiyyətlə, Möhsün Sənaninin Azərbaycan kinosunun böyük inkişaf mərhələlərində izləri var. O, kinonun səssiz, səsli dövrünü yaşayan, ilk rəngli, eləcə də ilk genişformatlı filmə çəkilən aktyorlarımızdan biri olub. Möhsün Sənani 30-a yaxın filmdə rol alıb. "Arşın mal alan”, "Bir məhəllədən iki nəfər”, "Bismillah”, "Bizim küçə”, "Dağlarda döyüş”, "Fətəli xan”, "İsmət”, "Kəndlilər”, "Kölgələr sürünür”, "Koroğlu”, "Qara daşlar”, "O olmasın, bu olsun”, "Səbuhi”, "Səhər”, "Sehrli xalat”, "Yeni horizont”, "Qızmar günəş altında” və başqa filmlərdə o, müxtəlif xarakterli, yaddaqalan rollar ifa edib. Bu rollar, əsasən, ikinci dərəcəli və epizodik olsa da hər biri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Teatrda da, kinoda da yaddaqalan, təkrarolunmaz rollar oynayan Möhsün Sənani 1949-cu ildə Xalq artisti fəxri adına layiq görülüb.

O, ömrünün əlli ilini sənətə həsr edib. Həmin illər ərzində bir gün də səhnədən ayrılmayıb. Gözləri nurdan düşəndə də qəlbinin işığıyla, sevgisiylə sənət yoluna davam edib.

Möhsün Sənani həyatın da, sənətin də bütün çətinliklərinə mərdanəliklə sinə gərib. Ancaq teatrdan ayrıldıqdan canında dolaşan ağrılara qatlaşmaq çətin olub. Sevilən sənətkar 1981-ci il fevralın 11-də vəfat edib. Möhsün Sənanini bu gün də yaşadan və yaşadacaq xatirələr, bir də lent yazılarının yaddaşında qalan tamaşalarda, filmlərdə ifa etdiyi rollardır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM