Alternative content

07:31 12 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Borcumuzdur bu ehtiram...
Borcumuzdur bu ehtiram...
ANA SƏHİFƏ / Mədəniyyət
00:17 10.07.2020


Dünyanın qədim arxitektura nümunələri ilə fərqlənən şəhərləri arasında Bakının özünəməxsus yeri var. Bu sənət inciləri ən qabaqcıl məktəblərin təcrübəsindən yararlanmaqla tarixin müxtəlif dövrlərində meydana gəlib. Həmin gözəl əsərlərdən bir neçəsinin müəllifi Zivər bəy Əhmədbəyovdur. O Zivər bəy ki, bu gün qədim Bakıda özü də abidələşib…

Bənzərsiz memarlıq nümunələri ilə mədəni irsimizə əvəzsiz töhfələr bəxş edən sənətkarın heykəli üçün yer isə təsadüfi seçilməyib. Abidə Bakı şəhərinin Yasamal rayonunda, "Nizami” metrostansiyasının qarşısındakı parkda qoyulub. Metrostansiyadan sol tərəfdə yerləşən bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilib. Metronun qarşısından keçən küçə də onun adını daşıyır.

2011-ci ildə ucaldılan abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

"Nizami” metrostansiyasının qarşısında Zivər bəyin adını daşıyan park var. Həmin ərazi uzun müddət baxımsız vəziyyətdə olub. Buradan antisanitariya şəraitində fəaliyyət göstərən yeməkxanalar və köşklər yığışdırılıb, 2011-ci ildə Zivər bəyin adını daşıyan park yaradılıb. Parkın ərazisində çoxlu sayda müxtəlif ağac və gül kolları əkilib, yaşıllıq zolaqları salınıb. Parkda müasir tələblərə cavab verən işıqlandırma sistemi qurulub.

Parkın girəcəyində altı kafkanlı və Zivər bəy Əhmədbəyovun abidəsinin arxasında avtomatlaşdırılmış qurğu ilə idarə olunan müasir üslubda fəvvarələr kompleksi quraşdırılıb və paytaxt sakinlərinin istirahəti üçün gözəl şərait yaradılıb.

Qeyd edək ki, park və abidə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Açılış mərasimi 2011-ci il may ayının 26-da ölkə başçısının iştirakı ilə keçirilib.

1918-1922-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı, şəhərin inkişafında mühüm xidmətlər göstərmiş, dövrünün görkəmli ziyalılarından olan Zivər bəy Əhmədbəyov öz layihələrində Azərbaycan xalq memarlığının mütərəqqi ənənələrini Şərq və Avropa memarlığı ilə böyük sənətkarlıqla birləşdirib. Bakıda Təzəpir (1905-1914), Göy məscid (1912-1913), "Doğum evi” (1910-cu illər), "Uşaq xəstəxanası” (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu, 1914-1916), Göyçayda məscid (1906), Şamaxıda İmam məscidi (1909), Cümə məscidi (1909-1918), "Səadət” məktəbi (1911-1912), bir sıra yaşayış evləri və başqa tikililər memarın layihələri əsasında inşa edilib. Vladiqafqazda da bir sıra yaşayış, məişət binaları onun layihəsinə görə tikilib.

Zivər bəy Əhmədbəyovun Əmircanda layihəsini verdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESKO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Zivər bəy bəlkə də daha çox yaradıcılıqla məşğul ola, neçə-neçə gözəl əsərlər yarada bilərdi. Azərbaycanın bu dəyərli oğlunun həyatı ictimai-siyasi hadisələrin olduqca gərgin, dünyanın qarışıq, ziddiyyətli dövrünə düşüb...

1873-cü ildə Şamaxı şəhərində dünyaya gələn Zivər bəy Əhmədbəyov ömrünü maarif işinə sərf edən Gəray bəylə yaxşı təhsil görmüş, ədəbiyyatı sevən, gözəl şeirlər yazan Töhfə xanımın doqquz övladının sonuncusu olub. Şamaxının Sarıtorpaq məhəlləsindəki ata mülkündə keçən uşaqlıq illərindən musiqiyə, ədəbiyyata, rəssamlığa meyil göstərib. Atası onu əvvəl mollaxanaya, sonra gimnaziyaya aparıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib və memar diplomu ilə vətənə qayıdıb. İlk peşəkar fəaliyyətinə doğulub böyüdüyü şəhərdə başlayıb.

1902-ci ilin 31 yanvarında baş verən zəlzələ Şamaxını xarabazara çevirib.Zivər bəy Şamaxıda qalıb şəhərin abadlaşması ilə məşğul olub. Dağılmış, bərpası mümkün olmayan Cümə məscidinin yeni layihəsini hazırlayıb. Sonradan Şamaxı qırğınları zamanı qəddar ermənilərdən qaçıb bu məscidə sığınanaları od vurub didi-diri yandıran daşnaklar top gülləsi ilə məscidin 4 minarəsini uçursalar da, bütövlükdə Cümə məscidi salamat qalıb.

Zivər bəy milyonçu Murtuza Muxtarovun sifarişilə Əmircan kəndində tikdirdiyi iki minarəli məscid bir vaxtlar Azərbaycanın ən hündür minarəli məscidi sayılıb. Minarələrin hündürlüyü 40 metrdən artıqdır.

Zivər bəy Əhmədbəyov 1907-ci ildə Bakıda başlanan abadlıq işlərinə nəzarətçi təyin edilib.O, Bakı Quberniyası İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.

Zivər bəy ictimai fəaliyyətlə də məşğul olub. O, 1917-ci ildə "İslam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan” cəmiyyətlərini yaradıb.

Sovet hökuməti Zivər bəy Əhmədbəyovun savadını, bacarığını, istedadını görməməzlikdən gələ bilməzdi. Çünki yeni hökumətin yüksək ixtisaslı, peşəkar kadrlara ehtiyacı vardı. Ancaq onların keçmişini, düşüncəsini, əqidəsini, məsləkini də yaddan çıxarmayıblar. Bolşevik-daşnak fitnəsi ilə qurulan Sovet hakimiyyətinin Zivər bəyi də məhv edəcəyi gözlənilən idi. Məsələ həm də onda idi ki, Zivər bəy Əhmədbəyovun özünün də qəlbində yeni hökumətə qarşı etiraz vardı. Amma o, qurub-yaratmaq istəyirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin şər-böhtanı, təqibləri Zivər bəyə arzularını həyata keçirməyə imkan vermirdi. O,belə bir şəraitdə işləməyin mümkünsüzlüyünü respublika rəhbərliyinə bildirdi. Bu onun yeganə etirazı olmadı. Əlli iki yaşlı memar 1925-ci ilin 16 fevrelında Çəmbərkənddə yerləşən evində özünü güllələdi.

Tariximizdə ad qoymuş, vətənini, xalqını çox sevən görkəmli ziyalı, istedadlı memar Zivər bəyi də bolşevik hökuməti belə məhv edib. Ancaq onun xatirəsi soydaşları üçün hər zaman unudulmaz olacaq. Zivər bəy Əhmədbəyovun abidəsi də bu ehtiramın nümunəsidir.

Z.FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM