09 Iyul 2020 19:16
721
SİYASƏT
A- A+

Mariya Zaxarova: Rusiya BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təklifini dəstəkləyib


Rusiya BMT-nin Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təklifini dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada növbəti brifinqdə elan edib. O deyib: "Qoşulmama Hərəkatının və bu Hərəkatın sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə qərar qəbul edilib. Rusiya MDB üzrə öz tərəfdaşının bu təklifini dəstəkləyib. Biz əminik ki, xüsusi sessiya konstruktiv ruhda keçiriləcək və substantiv qərarlar qəbul edilməsi ilə başa çatacaq. Bu baxımdan maraqlı diskussiya gözləyirik. Nyu-Yorkda mürəkkəb epidemioloji vəziyyətin qaldığı şəraitdə xüsusi sessiyanın distant formatda keçirilməsi planlaşdırılır. Hazırda müvafiq prosedurlar razılaşdırılmaqdadır”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə pandemiyaya qarşı mübarizənin müzakirə edilməsi məqsədilə BMT-nin Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi barədə təkliflə çıxış edib. BMT üzvü olan 130-dan artıq dövlət bu təşəbbüsü dəstəkləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video