Alternative content

09:52 12 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistandan deportasiya edilən azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə müraciət olunacaq
Ermənistandan deportasiya edilən azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə müraciət olunacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:09 09.07.2020

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin icrasına başlayır.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi 1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələrinin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıların dədə-baba yurdu olan Ermənistan ərazisindən deportasiyası üçün onların evlərinə basqın edərək əmlaklarının qanunsuz ələ keçirilməsi, pozulmuş əmlak hüquqlarının bərpası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələrinə şərait yaratmaqdır.

Aparılmış araşdırmaların, elmi-tədqiqat işlərinin, mövcud arxiv sənədlərinin əsasında müəyyənləşdirilib ki, azərbaycanlıların deportasiyası dövründə soydaşlarımızın kolxozlarda olan illik əməkhaqları ermənilər tərəfindən mənimsənilib. Həmçinin bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməyərək, məcburiyyətdən geniş həyətyanı torpaqlarını, mülklərini və evlərini tərk ediblər. Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlakları da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımızın talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil edir.

1988-ci ildən Ermənistandan deportasiya edilən azərbaycanlıların pozulmuş əmlak hüquqlarının bərpasına nail olmaq, onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini Ermənistan dövlətinin üzərinə qoymaq üçün hazırlanmış material və sənədlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndəriləcək, bununla bağlı faktlar Avropa və dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Avropa Şurasının üzvü olan Ermənistandan 1988-ci ildən deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin etməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin başlanması üçün artıq sənədlərin qəbuluna start verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə riayət edərək ilkin müraciətlər üçün (051) 589-10-13 telefon nömrəsi və yaxud e-mail ünvanı vasitəsilə onlayn növbə götürmək lazımdır. Təşkilat tərəfindən həmin növbəyə uyğun olaraq vaxt təyin ediləcək. Hüquqları pozulmuş soydaşlarımız ilə görüşdə Operativ Qərargahın tələb və tövsiyələri diqqətə alınaraq sosial məsafənin qorunması, maska taxılması, spirtdən istifadə və sair kimi qaydalara əməl olunmasına diqqət yetiriləcək. Toplanmış sənədlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tələb etdiyi formada hazırlanır, dəymiş ziyan hesablanaraq təzminat tələb edilir.

Bunun üçün 1988-ci ildən Ermənistandan məcburən köçürülən soydaşlarımızın İctimai Birliyin ofisinə (Bakı şəhəri, İstiqlaliyyət pr-57, Bakı AZ1001, 012 497-56-65, 051 589-10-13, e-mail: [email protected]) gələrkən əllərində olan sənədləri də gətirmələri və bu il avqustun 20-dək müraciət etmələri xahiş olunur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM