Alternative content

10:37 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BƏT Qlobal Sammiti çərçivəsində təşkil olunan “Tərəfdaşlar Günü” tədbirinin açılışında pandemiya dövründə sosial məsələlərin həlli barədə məlumat verilib
BƏT Qlobal Sammiti çərçivəsində təşkil olunan “Tərəfdaşlar Günü” tədbirinin açılışında pandemiya dövründə sosial məsələlərin həlli barədə məlumat verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:04 09.07.2020
Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən "COVID-19 pandemiyasının əmək sahəsinə təsiri” mövzusunda videokonfrans formatında təşkil edilən Qlobal Sammit çərçivəsində "Tərəfdaşlar Günü” tədbiri keçirilib. 35 ölkədən nazir və nazir müavinlərinin iştirak etdiyi tədbirin açılışında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu tədbirin COVID-19 pandemiyasının əmək bazarına mənfi təsirinin qarşısının alınması sahəsində BƏT-ə üzv ölkələrin müsbət təcrübələrini bölüşmək, eləcə də həmin mənfi təsirləri yumşaltmaq yollarını müəyyənləşdirmək üçün unikal bir imkan olduğunu deyib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiya dövründə əhalinin sağlamlığının qorunması, iqtisadiyyatın, sosial rifahın dəstəklənməsi sahəsində görülən genişmiqyaslı tədbirləri diqqətə çatdırıb. Azərbaycan hökumətinin yeni vəziyyətə dərhal və adekvat reaksiya verdiyini, virusun yayılmasını azaltmaq üçün çoxsaylı məhdudlaşdırıcı tədbirlər görüldüyünü, vətəndaş həyatının təhlükəsizliyinin ön planda dayandığını vurğulayıb. Əhalinin sağlamlığının qorunması üçün görülən işləri diqqətə çatdıran S.Babayev, həmçinin bildirib ki, ölkəmizin bütün səhiyyə sistemi virusa qarşı mübarizəyə səfərbər olunub. Qısa müddətdə 2000 çarpayılıq 10 modul tipli xəstəxana açılmasına başlanılıb, onlardan 6-sı artıq tam fəaliyyət göstərir.

S.Babayev iqtisadiyyata və sosial rifaha təxirəsalınmaz dəstək tədbirlərinin görülməsi üçün ümumi dəyəri 3,5 milyard manat, yəni 2 milyard ABŞ dolları olan xüsusi Fəaliyyət Planının təsdiq edildiyini bildirib. Məşğulluq və sosial rifahı dəstəkləmək üçün 4 istiqamət üzrə 12 tədbirin həyata keçirildiyini və həmin tədbirlərin əhalinin 48 faizini və ya 4,8 milyon insanı əhatə etdiyini deyib. O, dövlət və özəl sektorlarda işçilərin əsassız işdən çıxarılmasının qarşısının alınması, işçilərin əməkhaqlarının qorunması, ödənişli ictimai iş yerləri proqramının genişləndirilməsi üçün aparılan işləri qeyd edib. İşsiz və gəlirini itirmiş aztəminatlılardan ibarət 600 min şəxsə yaşayış minimumu qədər birdəfəlik ödənişlər edildiyini bildirib.

Nazir özünüməşğulluq və ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının təkmilləşdirilməsi işləri, kommunal xidmətlərin ödənişləri üzrə güzəştlər, həssas qruplar üçün həyata keçirilən digər dəstək tədbirləri barədə məlumat verib. O, həmçinin sosial ödənişlərin davamlılığının təmin edilməsi, 65 yaşdan yuxarı tənha yaşlılara, sosial xidmət müəssisələrində xüsusi qayğıya ehtiyacı olanlara sosial xidmətlər göstərildiyini, sosial tərəfdaşlar vasitəsi ilə tənha yaşlılara və əlilliyi olanlara 100 minədək ərzaq yardımı paylarının verildiyini deyib.

S.Babayev məşğulluğun qorunmasında sosial dialoqa xüsusi əhəmiyyət verildiyini, bu məqsədlə Xüsusi Koordinasiya Şurası yaradıldığını, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan İşəgötürənlər Konfederasiyasının da bu Şurada təmsil olunduqlarını bildirib.

Pandemiya dövründə xidmətlərin onlayn müstəvidə, proaktiv şəkildə təkmilləşdirilməsi sahəsində aparılan mühüm işləri qeyd edən nazir məşğulluqla bağlı dolğun elektron məlumat bazasının yaradıldığı haqqında məlumat verib.

Mövcud şəraitdə birgə səylərin, qarşılıqlı dəstəyin önəmini vurğulayan nazir Azərbaycanın pandemiyaya qarşı mübarizədə 30-dan çox ölkəyə humanitar yardımla dəstək verdiyini, bundan sonra da Azərbaycanın dostlarına kömək etmək əzmində olduğunu vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM