Alternative content

07:19 12 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Radioloq: “Buzlu şüşə” görüntüsü yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil
Radioloq: “Buzlu şüşə” görüntüsü yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:59 09.07.2020

Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var – "buzlu şüşə” mənzərəsi. Bəzən bunu "buz kristalı”, "buz parçası” kimi də adlandırırlar. Bu görüntü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova "buzlu şüşə”nin mahiyyətini açıqlayıb.

Həkim qeyd edir ki, bəzən normal hallarda da "buzlu şüşə” görüntüsü radioloji görüntülərdə izlənilə bilər: "Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla "buzlu şüşə” görüntüsü verə bilər. Hazırda "buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür. Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır. Buzlu şüşə xəstəliyin 3-4-cü günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir”.

Radioloqun sözlərinə görə, hazırda onlara ən çox verilən sual "buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. Həkim qeyd edir ki, bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.

Qeyd edək ki, "buzlu şüşə” görüntüsü döş qəfəsinin rentgenoqrafiya və kompüter tomoqrafiya (KT) müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4-cü günlərində rentgenoqram 25 faiz hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. "Buzlu şüşə”nin KT müayinəsində görülməsi daha spesifikdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM