09 Iyul 2020 18:54
551
DÜNYA
A- A+

Əfqanıstanda “Taliban”ın daha 600-dək üzvü həbsdən buraxacaq

Əfqanıstan hökuməti sülh danışıqlarının başlaması üçün "Taliban” hərəkatının azad olunmasını tələb etdiyi üzvlərinin siyahısını yenidən nəzərdən keçirib.

"Tolo News" telekanalının xəbərinə görə, ölkə hökuməti siyahıda olan 600-ə yaxın "Taliban” döyüşçüsünü azadlığa buraxmaq barədə qərar qəbul edib.

Rəsmi Kabil bundan öncə hərəkatın 592 üzvünün cinayət əməllərinə görə həbs olunduğunu əsas gətirərək onları azad etməkdən imtina etmişdi.

Qeyd edək ki, fevral ayının 29-da Doha şəhərində "Taliban” ilə ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, "Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində olan minə yaxın əməkdaşı azad edilməlidir.

Hazırda Əfqanıstan hakimiyyəti "Taliban” hərəkatının 4 mindən çox tərəfdarını, taliblər isə hökumət qüvvələrinin 737 hərbçisini əsirlikdən buraxıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video