09 Iyul 2020 14:46
354
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Ermənistan layiq olduğu cavabı hər zaman alıb və bundan sonra da alacaq

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasətini, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt edərək bir milyondan çox insanın fundamental hüquqlarını pozan bu ölkənin saxta demokratiyasını, hazırkı hakimiyyətin qurduğu diktatura rejimini növbəti dəfə konkret faktlarla ifşa edib.

AZƏRTAC xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-ə açıqlamasında bildirib.

Leyla Abdullayeva deyib ki, Ermənistan XİN Azərbaycanı Ermənistanı "faydalı düşmən” obrazında təqdim etməkdə ittiham edir. Bununla bağlı, ilk növbədə, qeyd olunmalıdır ki, Ermənistan 30 ilə yaxındır Azərbaycanın ərazilərini hərbi işğal altında saxlaması və bütün dünyanın qınadığı təcavüzkar siyasəti ilə özünə düşmən obrazını çoxdan qazanıb. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyinin həm iflasa uğrayan daxili siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir.

Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün onun əleyhinə çıxan Ermənistan beləliklə də xalqların sülhə hazırlanması çağırışını ciddi şübhə altına qoyur.

Azərbaycanı düşmənçilik bəyanatlarında ittiham etmək cəhdlərinə gəldikdə isə, öz qanunsuz və təxribat xarakterli əməlləri ilə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycanın ali rəhbərliyi timsalında alıb və bundan sonra da alacaq.

Azərbaycan və Ermənistan xalqlarının maraqlarından danışan Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, işğalçı qüvvələrin yalnız BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxması və məcburi köçkünlərin öz evlərinə qayıtması, beləliklə də bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması hər iki xalqın marağındadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video