Alternative content

15:19 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib YENİLƏNİB
ANA SƏHİFƏ / Tədbirlər
12:51 09.07.2020
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/10 kilovoltluq "8-ci km” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Azərenerji” ASC-nin sədri Baba Rzayev yarımstansiyada görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, "8-ci km” yarımstansiyası 52 il əvvəl tikilmişdir və istismar müddətini çoxdan başa vurmuşdu. Nəticədə burada tez-tez qısa qapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. Yenidənqurma nəticəsində bu problemlərin hamısı aradan qaldırılıb. Burada görülən yenidənqurma işləri çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları, inzibati-idarəetmə binası və digər zəruri infrastrukturu müasir səviyyədə yenilənib. Yarımstansiyanın yenidən qurulmasını zəruri edən səbəblərdən biri də Nizami rayonunda 35 kV-luq şəbəkənin genişlənməsi və gərginlik sinfinin dəyişdirilməsi idi. Görülən işlər nəticəsində yarımstansiyanın gücü 55 MVA-dək artırılıb. Burada yaradılmış Dispetçer İdarəetmə Mərkəzi və mikro SCADA sistemi yarımstansiyanın fəaliyyətinin səmərəliliyini daha da yüksəldib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Yenidən qurulan bu yarımstansiya Xətai və Nizami rayonlarında yüz minlərlə əhalinin, sənaye, məişət-kommunal, təhsil, tibb və iaşə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, son iki ildə ölkəmizdə sistem əhəmiyyətli 20-dən çox yarımstansiyada tikinti, yenidənqurma, təmir və bərpa işləri aparılır. Bu günədək 220 kV-luq "Müşfiq”, 110 kV-luq "Zabrat”, "Dübəndi” və "Əhmədli” yarımstansiyaları yenidənqurmadan sonra istismara verilib. 220 kV-luq yeni tikilən "Böyükşor” və yenidən qurulan "Xırdalan” yarımstansiyalarında işlər tamamlanıb. Eyni zamanda, 500 kV-luq "Abşeron” və 110 kV-luq 10-dan çox yarımstansiyada işlər davam edir.

Bu gün Azərbaycanda enerji sistemdə aparılan köklü islahatların nəticəsidir ki, ölkə əhalisini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək mümkün olub. Ümumilikdə, son dövrlərdə bu sahədə həyata keçirilən kompleks tədbirlərin sırasında mövcud yarımstansiyaların müasir səviyyədə yenidən qurulması və bu cür yeni qurğuların inşası xüsusi yer tutur. "8-ci km” yarımstansiyasının yenidən qurulması bu istiqamətdə icra olunan işlərin ardıcıllıqla həyata keçirildiyini nümayiş etdirir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM