Alternative content

08:13 05 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
01:22 05.08.2020 BİLDİRİŞ
01:22 05.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentin islahatlarını təqdir edirik
Prezidentin islahatlarını təqdir edirik
ANA SƏHİFƏ / SİYASƏT
00:32 09.07.2020


Son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlar yalnız sosial-iqtisadi sfera ilə məhdudlaşmadı. Dövlət idarəçiliyinin bütün qollarını əhatə edən bu islahatlar həmçinin iqtidar-müxalifət münasibətlərində də özünü göstərir. Siyasi islahatların tərkib hissəsi olan bu proses partiyalar tərəfindən yüksək dəyərləndirilir.

Yeni düzənin əsas özəllikləri və gözləntiləri ilə bağlı Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadənin fikirlərini öyrəndik.


İdarəçiliyə yeni nəfəs, fərqli biliyə və baxışa malik insanlar gətirilir


Asim Mollazadənin sözlərinə görə, gözləntiləri Azərbaycanı müasir, demokratik dövlət kimi inkişaf etdirmək, onun milli-mənəvi dəyərləri ilə dünya dəyərlərinin vəhdətini yaratmaqdır: "Biz iqtisadiyyatı inkişaf etdiririk, bütün sahələrdə islahatlara start verilib. Əsas özəllik bundan ibarətdir ki, idarəçiliyə yeni nəfəs, fərqli biliyə və baxışa malik insanlar gətirilir. İstənilən sistemi müsbətə doğru dəyişmək üçün yeni və fərqli düşüncəyə, islahatlara meyilli menecerlərə ehtiyac duyulur. Köhnə təfəkkürlü insanlarla yeni sistemi qurmaq mümkün deyil. Sovet kolxozundan miras qalmış adamlarla, kommunist təfəkkürü ilə müasir, demokratik islahatları həyata keçirməyə çalışmaq Sizifin əməyinə bənzəyərdi.

Ona görə də Prezident islahatlara məhz onlara mane olan məmurların dəyişdirilməsi ilə başladı. Biz artıq bunun müsbət nəticələrini hiss etməyə başlamışıq. Bu proses davam edəcək. Azərbaycanın islahatlardan başqa yolu yoxdur.

DİP bu prosesi yaxından izləyir və hökumətə ölkənin siyasi mühitinin yaxşılaşdırılması, siyasi partiyaların əhəmiyyətinin artırılması, islahatların müsbət sonluqla nəticələnməsi üçün bir sıra çərçivə xarakterli təkliflər verib. Bu barədə danışan Asim Mollazadə dedi ki, ilk növbədə, ölkədə siyasi mədəniyyəti formalaşdırmaq üçün siyasi qüvvələrin - həm parlament partiyalarının, həm də parlamentin xaricindəki partiyaların, eləcə də siyasi partiyalılığı olmayan ictimai-siyasi fəalların, mütəxəssislərin və ekspertlərin, vətəndaş cəmiyyəti institutlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə daimi açıq müzakirə platforması yaradılmalıdır: "Hansısa qarşıdurmaları, söyüşləri, bir-birinə düşmən münasibətləri normal, mədəni diskussiyalara çevirməyə ehtiyac var. Hər bir siyasi qüvvənin tənqidlərlə yanaşı təklifləri olmalıdır. Elə etmək lazımdır ki, ölkənin taleyüklü problemləri - Qarabağ münaqişəsi, təhsil, səhiyyə, iqtisadi inkişaf, sosial və aqrar məsələlər, beynəlxalq münasibətlərlə bağlı hamının öz fikirlərini sərbəst ifadə etmək, təkliflərini vermək imkanları olsun. İslahatları həyata keçirmək, vahid mövqeni formalaşdırmaq üçün fərqli fikirlərin müqayisəsinə ehtiyac var. Burada görünəcək ki, kimin real qüvvəsi nədir, hansı real təklifləri var, ölkəyə real olaraq xidmət göstərmək istəyən qüvvələr kimdir”.

Partiyanın digər təklifi vahid ideya və maraqlar uğrunda mübarizə aparan siyasi partiyaların ümumi məqsəd naminə konsolidasiyasıdır. DİP sədrinin fikrincə, eyni fikir və ideyaları daşıyan, eyni maraqlar uğrunda mübarizə aparan partiyaların əməkdaşlığı yaradılmalı, onların zərurət olduqda birləşməsi, koalisiyalar qurması, seçkilərə vahid platforma ilə qatılması və s. təbliğ edilməlidir. Həmçinin ölkə siyasətində qadınların və gənclərin rolunun artırılması, ölkənin ictimai-siyasi həyatına transformasiyası üçün onlara bütün sahələrdə üstünlük verilməlidir.

Asim Mollazadə bildirdi ki, eyni zamanda təklifləri ölkədə kiçik və orta sahibkarlığa şəraitin yaradılması, iqtisadiyyatın müxtəlif sahələrindəki inhisarların qarşısının alınması, təhsil və səhiyyə sistemində köklü islahatların aparılması ilə bağlıdır: "Bu sahələr birbaşa ölkə vətəndaşlarının maddi rifahının, intellektual səviyyəsinin yüksəlməsinə, sağlamlığının möhkəmlənməsinə təsir edir. Qeyri-neft sektoru inkişaf etdirilməlidir. Əgər kiçik və orta sahibkarlığın inkişafına şərait yaradılsa, biznes mühiti yaxşılaşdırılsa, sahibkarlar özləri vətəndaşları dolandıracaqlar”.


Ölkəni irəli apara biləcək istənilən islahat partiya tərəfindən rəğbətlə qarşılanır


DİP-in hər zaman ölkədə çoxşaxəli islahatların aparılmasının təşəbbüskarı və tərəfdarı olduğunu deyən Asim Mollazadənin sözlərinə görə, ölkəni irəli apara biləcək istənilən islahat partiya tərəfindən rəğbətlə qarşılanır: "Sadəcə təəssüf edirik ki, bəzən islahatlar düzgün istiqamətdə getmir. Bu da islahatlara mane olmaq istəyən qüvvələrin əməlinin nəticəsidir. Onlar başa düşmək istəmirlər ki, bizim ölkədə köklü islahat aparmaqdan başqa yolumuz yoxdur. Əgər inkişaf etmək, dünyada sayılıb-seçilən ölkələrdən olmaq, öz haqq səsimizi dünyaya duyurmaq istəyiriksə, əvvəlcə bütün sahələrdə islahat aparmalıyıq. Müasir dünya ölkəsi olmaq üçün demokratik islahatlar aparmaq, bazar iqtisadiyyatının qaydalarına riayət etmək, iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafına çalışmaq, inhisarçılığın, korrupsiya və rüşvətin kökünü kəsmək şərtdir. Bu baxımdan iqtidarın son zamanlar atdığı addımları, xüsusilə dövləti vəzifəsindən sui-istifadə edən şəxsləri vəzifədən uzaqlaşdırmasını, məsuliyyətə cəlb etməsini, yüksək postlara yeni nəsil idarəediciləri gətirməsini, aqrar sektorun inkişafına sərmayələrin yatırılmasını, subsidiyaların ayrılmasını və s. müsbət qiymətləndiririk.

Biz iqtidarın ölkənin inkişafı istiqamətindəki addımlarını dəstəkləyir, neqativ prosesləri sağlam şəkildə tənqid edir və öz təkliflərimizi veririk. Bəzən iqtidarla söyüş ritorikası ilə danışmadığımıza görə kəskin tənqid olunuruq. Amma ölkədəki siyasi proseslərə ümumi yanaşmamız belədir ki, nə qədər ki Azərbaycan əraziləri düşmənin işğalındadır, bizim ölkədə düşmən axtarışımız yolverilməzdir”.

Asim Mollazadə ilə siyasi sistemin komponentləri arasında yeni müzakirələrin - dialoqun başlanması barədə də söhbətləşdik. Partiya sədri qeyd etdi ki, ölkənin mühüm institutu olan siyasi partiyalarla dövlət arasında hər zaman dialoq olmalı, xalqı narahat edən bütün məsələlər ətrafında müzakirələr aparılmalıdır: "Hər iki tərəf bir-birini dinləməyi, qarşı tərəfdən gələn tənqidləri, təklifləri təhlil etməyi, nəticə çıxarmağı bacarmalıdır. Eyni zamanda hər bir tənqid təkliflə yanaşı olmalıdır. Dialoq siyasi mədəniyyətin ən yüksək formasıdır. Biz də çox istərdik ki, ölkədəki bütün siyasi qüvvələr bir-biri ilə söyüş, təhqir, təzyiq dili ilə deyil, məhz mədəni səviyyədə dialoq apararaq, bir-birini dinləyərək ünsiyyət qursunlar. Hər bir azərbaycanlı digər azərbaycanlının qardaşıdır! Heç bir azərbaycanlının bu ölkədə siyasi düşməni olmamalıdır. Ölkədə siyasi qurumlar arasındakı barışmazlığa, düşmənçiliyə, hərc-mərcliyə, qarşılıqlı ittihamlara, söyüşə, təhqirə və daha radikal münasibətlərə son qoymaq, siyasi mühiti yumşaltmaq üçün siyasi mədəniyyət formalaşmalıdır”.


Siyasi qüvvələr sovet dövrünün üslubu və təfəkkürü ilə fəaliyyət göstərə bilməzlər


Yeniləşən siyasi sistemdə müxalifətin iştirakına, roluna və təkmilləşməsinə gəldikdə qeyd olundu ki, siyasi qüvvələrin hər zaman yeniləşməyə, tərəqqi etməyə, təkmilləşməyə ehtiyacı olur: "Dünyanın ən aparıcı ölkələrinin siyasi partiyaları belə daim yenilənir, onun tərkibi, məsələlərə yanaşması dəyişir. Dünyada hər bir müxalifət partiyası öz mövcudluğunu, gücünü isbat etmək üçün seçkilərə qatılır. Cəmiyyət o partiyaları apardıqları seçki kampaniyaları, ortaya çıxardıqları liderləri, namizədləri, platformaları, proqramları ilə tanıyır. Bizdə isə təəssüf ki, müxalifət partiyaları çox vaxt önyarğılı davranaraq seçkiləri boykot yolunu tuturlar. Əslində isə seçkilərdə fəal iştirak etmək, siyasi rəqiblərə qarşı üstün mövqe nümayiş etdirmək lazımdır. Əgər seçkidə iştirak etməsən, hakimiyyəti necə dəyişəcəksən, hakimiyyətə hansı yolla gəlmək istəyirsən?! Artıq inqilablar yolu arxada qalıb. Xalq inqilab eləməkdən bezib. Ona dinc islahatlar, rifahının yaxşılaşması, revolyusiya deyil, evolyusiya lazımdır”.

DİP sədri əlavə etdi ki, Azərbaycanda siyasi qüvvələr hansısa sovet dövrünün üslubu və təfəkkürü ilə fəaliyyət göstərə bilməzlər. İndi tamamilə başqa şərtlər var. O təfəkkürdə qalmış və müstəqil dövlətin tələblərinə uyğunlaşa bilməyənlər, əslində, ciddi sosial bazaya malik ola bilməyəcəklər.


Qanunverici orqanda müxalifətə yaradılan şərait təqdirəlayiqdir


Yeni tərkibli Milli Məclisdə çoxpartiyalılıq artıq parlamentin, o cümlədən komitələrin idarəçiliyində özünü aydın büruzə verməkdədir. Müxalifət partiyalarının parlamentdə iştirakı, onlara qanunverici orqanda yaradılan şərait barədə fikirlərini bölüşən Asim Mollazadə dedi: "Biz ilk gündən bəyan etmişik ki, ölkədə gedən islahatlara paralel olaraq parlament də dəyişməli, yeni dövrün tələblərinə cavab verən dinamik bir qanunverici hakimiyyət formalaşmalıdır. Son seçkilər nəticəsində parlamentin tərkibində xeyli dəyişikliklər oldu, yeni simalar üzə çıxdı, parlament rəhbərliyi dəyişdi. Bizim əsas təklifimiz bu oldu ki, parlament partiyalarının seçicilər qarşısında məsuliyyətinin formalaşdırılması və qanun layihələrinin parlamentdə qəbul olunmazdan qabaq ictimai müzakirəyə çıxarılması önəmlidir. Ölkənin siyasi partiyalarını, intellektual potensialını bu müzakirələrə cəlb etməklə yanaşı, parlamentdə qəbul olunacaq qanunların müzakirəsini seçicilərlə aparmaq, seçicilərin qanunvericilik təşəbbüslərinin, təkliflərinin parlamentdə əksini tapmasına imkan yaratmaq lazımdır. Bu, qəbul olunan qanunların keyfiyyətinə müsbət təsir göstərər, qanun yaradıcılığında xalqın nümayəndələrinin birbaşa iştirakını təmin etmiş olardı. Nəticədə qanunlar tez-tez dəyişikliklərə, əlavə və düzəlişlərə məruz qalmazdı.

Qeyd olundu ki, DİP indiyə qədər qanunvericiliyə dəyişikliklərlə bağlı bir çox təkliflər irəli sürüb. Partiya siyasi fəaliyyətlə, parlament fəaliyyəti ilə yanaşı ictimaiyyəti narahat edən bir sıra problemləri ictimai müzakirəyə çıxararaq onların həlli istiqamətində təkliflərlə çıxış edib: "Partiyanın Qarabağ probleminin həlli, ölkənin xarici siyasət xətti, strateji araşdırmalar, diasporlarla iş, təhsillə bağlı qanunların qəbulu, Bolonya sisteminə keçid, xaricdə təhsil, şəhərsalma, tikinti bumu zamanı vacib olan şərtlərə və standartlara əməl olunması, ekologiya, Sumqayıtın ekoşəhərə çevrilməsi, İçərişəhərin qorunması, paytaxtın yaşıllaşdırılması, turizmin inkişafı, Avropa siyasi partiyaları və vətəndaş cəmiyyətləri ilə Azərbaycanın müvafiq institutları arasında əməkdaşlığın inkişafı, gənclərin intellektual inkişafı, Siyasət Akademiyasının yaradılması ilə bağlı çoxsaylı layihələri və kütləvi tədbirləri olub. Bu tədbirlərdə ölkənin müxtəlif təbəqələrdən olan intellektual kəsimi, həmçinin siyasi partiyaların, əlaqədar dövlət qurumlarının nümayəndələri, parlamentarilər iştirak edib, öz fikir və mülahizələrini bölüşüb, hökumətə və parlamentə bu istiqamətlərdə önəmli təkliflər verilib. Sevindirici haldır ki, bizim hökumətə və parlamentə ünvanladığımız təkliflərin əksəriyyəti qəbul edilərək həyata keçirilib. Odur ki, bizim parlamentlə heç bir ixtilafımız yoxdur. Yeni parlamentdə müxalifət deputatları vitse-spiker və komitə sədrlərinin müavinləri səviyyəsində təmsil olunublar. Parlament rəhbərliyi bizim təkliflərimizə kifayət qədər ciddi yanaşır, fikirlərimizə önəm verir. Qanunverici orqanda müxalifətə yaradılan şərait təqdirəlayiqdir”.


Azərbaycan dövləti vətəndaşını qorumağı, onun sağlamlığını seçib


Daha sonra Asim Mollazadə pandemiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirləri barədə danışaraq dedi ki, problemə vaxtında reaksiya verildi: "Pandemiya zamanı Azərbaycan vətəndaşını qorumaq istiqamətində müvafiq addımlar atıldı, beynəlxalq təcrübəyə baxıldı. Müasirləşmə, beynəlxalq praktikadan düzgün istifadə və qabaqcıl mübarizə metodlarını tətbiq etmək hər zaman müsbət nəticələr verir. Çox istərdim ki, hər bir vətəndaş məhz rəsmi məlumatlara inansın. Çünki müvafiq qurumlar açıq və şəffaf şəkildə cəmiyyəti məlumatlandırırlar. Hansısa çaxnaşma yaradanlar, bu vəziyyətdən öz siyasi və digər maraqları üçün istifadə etmək istəyənlər Azərbaycan xalqının mənafeyinə zərbə vururlar. Məsuliyyətli olmaq lazımdır. Bu təhlükəni birlikdə dəf etməliyik. Azərbaycan dövləti bütün zəruri tədbirləri görür ki, virus Azərbaycanda kütləvi xarakter daşımasın. Çünki bu xəstəliyin müalicəsi yoxdur. Artım olarsa, xəstəxanalarda yerlər çatmayacaq və vətəndaşları xilas etmək problem olacaq. Azərbaycan vətəndaşlarının sağlamlığı hər zaman əsas priorietdir. Bu pandemiya həmçinin çox ciddi iqtisadi itkilərə səbəb olub. Azərbaycan dövləti vətəndaşını qorumağı, onun sağlamlığını seçib. Biz pandemiya ilə mübarizəni hələ davam etdirəcəyik. Yaxın müddətdə müsbət istiqamətdə hansısa dəyişiklik olmayacaq. Ona görə də özümüzü qorumalıyıq. Dövlətin gördüyü tədbirlərlə yanaşı, vətəndaşların məsuliyyəti də bu prosesdə çox mühümdür”.

DİP sədrinin korrupsiyaya qarşı mübarizə tədbirləri barədə də fikirlərini öyrəndik. Onun sözlərinə görə, məmurlar yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərməli, rüşvət və korrupsiyaya son qoyulmalı, bunu edən adamlara dövləti vəzifələrdə yer olmamalıdır: "Mən inanmıram ki, onlar dəyişəcək, yeni tələblərə uyğun fəaliyyət göstərəcək və qanunsuz əməllərinə son qoyacaqlar. Ona görə də bu kateqoriyadan olan məmurlar müstəqil Azərbaycanda böyümüş, vətəni sevən, gənc və savadlı kadrlarla əvəzlənməlidir. Prezidentin islahatlar strategiyası idarəetmə sistemində korrupsiya ilə amansız mübarizədən ibarətdir. Məmur özbaşınalığının qarşısını almaq, törətdikləri cinayətləri önləmək üçün çox vaxt ən sərt addımların atıldığını müşahidə edirik. Bu, çox düzgün addımlardır. Son hadisələr məmurlar üçün ciddi siqnal olmalıdır. Prezident də dəfələrlə deyib ki, məmurlar bu vəzifələrə xalqa xidmət etmək üçün təyin ediliblər, onun qanını içmək üçün yox. Bəzi icra başçıları özlərini xan-bəy, feodal kimi aparır, dövlət malına mülkədar kimi yanaşırlar. Korrupsiyaya bulaşmış məmurların çoxu köhnə təfəkkürə sahib insanlardır. Onlar düşünürlər ki, tutduqları vəzifələrin verdiyi fürsətdən yararlanaraq xalqın qanını içmək yolu ilə zənginləşməlidirlər. Artıq bunun da qarşısı alınmağa başlayıb. Belə məmurların vəzifədən kənarlaşdırılması, yeni simalarla əvəz edilməsi, ifşası, cinayət məsuliyyətinə cəlb olunması kimi addımlar tam məntiqlidir və ümumi strategiyaya uyğundur”.

Bütövlükdə, ölkədə ciddi islahat prosesinin başladığını deyən Asim Mollazadə vergi, hüquq mühafizə, məhkəmə orqanlarında bu sahədə görülən işlərin də təqdirəlayiq olduğunu dedi. Qeyd etdi ki, biz sovet idarəçilik ənənələrinə birdəfəlik son qoyaraq keyfiyyətcə yeni, daha dinamik, bürokratik əngəllərdən kənar idarəçilik institutlarının yaradılmasına çalışmalıyıq, insanlara öz bilik və bacarıqlarını tətbiq etmək imkanı yaradılmalıdır: "Köhnə təfəkkürdən imtina etməli və xilas olmalıyıq. Müasir Azərbaycanın dünya təcrübəsinə, təhsilli, peşəkar və məsuliyyətli məmurlara ehtiyacı daha çoxdur. Bu proses də başlayıb. Yeni idarəçilər nəsli yetişməli, çox iş görülməlidir ki, yüksəksəviyyəli idarəetmə mədəniyyətinə çata bilək. Bu baxımdan Prezidentin müəllifi olduğu islahatları diqqətlə izləyir və təqdir edirik”.

Söhbəti yazdı:

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM