Alternative content

03:52 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özbaşınalıq meydanı
Özbaşınalıq meydanı
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:17 09.07.2020


COVID-19 da "20 Yanvar” ərazisindəki özbaşınalığın və antisanitariyanın öhdəsindən gələ bilmir


Yaxın günlər qəzet, xəbər portalları və telekanallarda getmiş bu informasiyanı güman ki, ölkə əhalisinin çox hissəsi izləmiş olar: turizim və istirahət mərkəzləri fəaliyyət göstərən dağ rayonlarında polis əməkdaşları gəzməyə, dincəlməyə gəlmiş vətəndaşların sənədlərini yoxlayır və icazəsi olmayanları cərimələyirdilər.

Adət etmədiyimiz bu hal ilk baxışdan qəribə görünsə də, karantin rejiminin reallığı kimi onu qəbul etməyə və anlamla qarşılamağa məcburuq, hətta bu cür qadağalar ən azından yerli turizmin heç olmazsa ayaqda durmasına əngəl törətsə də! Amma nə etmək olar, ilimiz belə gəlib. Operativ Qərargah deyirsə olmaz, deməli, əməl etmək lazımdır. Necə deyərlər, olmazsa olmaz!

Təəssüf ki, pandemiya dövrünün bu "olmaz” tələbinə hər yerdə, yumşaq desək, istənilən səviyyədə əməl edilmir. Uzağa gedib dağa-dərəyə düşməyək, rayonlarda kirayə verilən evlərin qapısını döyməyə də ehtiyac yoxdur. Paytaxtın "20 Yanvar” deyilən ərazisinə, metronun eyniadlı stansiyasının giriş-çıxışlarına, daha doğrusu, burada baş verənlərə hətta ötəri nəzər salmaq yetər ki, COVID-19-un mənbələrindən birinin ünvanı məlum olsun. Söhbət təkcə ərazidəki maskasız sürücülərdən, yolun ortasında meyvə-tərəvəz, bişmiş qarğıdalı, dəmlənmiş çay və ümumiyyətlə, ağlınıza yeməli nə gəlirsə, onu satanların ərazidən keçən adamların ağızlarının içinə girmələrindən getmir. Buradakı antisanitariyanı da qoyaq kənara, baxamayaraq ki, indiki dövrdə təmizlik təkcə sağlamlıq yox, həm də təhlükəsizlik məsələsidir. Bəs, ölkənin az qala bütün regionlarına sərnişin daşıyan sürücülərin xorla müştəri səsləmələrinə və bu zaman ədəb-ərkan qaydalarına məhəl qoymamalarına nə ad qoyaq? Hələ gecə-gündüz DYP rəsmilərinin paytaxta məlum istisnalardan savayı giriş-çıxışın bağlı olduğunu bəyan etdikləri bir vaxtda bu sayda maşınların rayonlara necə gəlib-getdiklərini demirik. Onu da demirik ki, Sumqayıta gedən irili-xırdalı avtobuslar səkilərin ortasında, metronun giriş-çıxışının düz ağzında dayanıb sərnişin yığır və bu zaman nə maska taxılmasına, nə də sosial məsafəyə fikir verilir, təki avtobus dolsun, özü də ağızbaağız.

İndi metrodan istifadə edən, yaxud yolu buradan düşənlərin vəziyyətini təsəvvür edin - bir tərəfdə qışqıraraq müştəri axtaran sürücülər, bir tərəfdə satdığını tərif edən küçə alverçiləri, bir tərəfdə də piyadalar üçün nəzərdə tutulmuş səkilərə dırmaşmış maşın və avtobuslar. Hələ camaat arasında "Velotrek” yarmarkası kimi tanınan ticarət mərkəzi hazırda karantinə görə bağlıdır. O işləyən vaxtda isə bu ərazi ayaq basılası olmur. İndi gəl, bu yerdə sosial məsafə gözlə görüm, necə gözləyirsən.

Sosial məsafə demişkən. Bu sətirləri yazarkən telefonumuza İqtisadiyyat Nazirliyindən maska taxmaq, sosial məsafəni gözləmək və qoruyucu dezinfeksiya mayelərindən istifadə etməklə bağlı xatırlatma mesajı daxil oldu. Heyif ki, həmin mesajı "20 Yanvar” ərazisində karantin tədbirlərinin icrasına nəzarət etməli olan rəsmilərə yönləndirmək imkanımız yoxdur, baxmayaraq ki, sözügedən ərazidə baş verənlərdən onların xəbərlərinin olmamasına inanmırıq. Əgər belədirsə və tədbir görülmürsə, bu, yaxşı hal deyil! Yox əgər, xəbərləri yoxdursa, ondan da pis. Necə olur ki, ilin-günün bu od tutub yanan vaxtında, dövlətin COVID-19-a qarşı "cəbhəboyu” hücuma keçdiyi bir zamanda virusun ocağını görüb onu söndürmək üçün tədbirlər görülmür?!

Ümumiyyətlə, tədbirlər sarıdan, deyəsən, bu ərazinin əvvəldən bəxti gətirmir. Vaxtilə XI Qızıl Ordu meydanı olmuş bu ərazi 1990-cı ilin yanvar hadisələrində elə həmin ordunun əhalini güllə-boran etməsindən sonra 20 Yanvar adlandırılsa da, görülən tədbirlər buranı yeni ada layiq edə bilmədi. Hətta "20 Yanvar” şəhidlərinə qoyulmuş abidə də paytaxtın bu ərazisinin "təyinat”ını dəyişmək imkanında olmadı. Dairə, meydan, metro stansiyası - adına nə deyilsə də, bura daha çox kortəbii avtovağzal, icazəsiz taksi dayanacağı və qanunsuz küçə ticarətinin "çiçəkləndiyi” ərazi kimi tanınır. Halbuki Bakının şimal girişi və müqəddəs adı üstündə olan bu yer paytaxtın indiki kimi özbaşınalıq meydanına yox, nümunəvi ərazisinə çevrilə bilərdi.

"20 Yanvar”ın tədbirlər sarıdan bəxtsizliyini sübut edən başqa bir fakt: bir neçə il əvvəl Bakı Metropoliteninin bütün stansiyalarındakı ticarət obyektləri sökülsə də, burada qaldı. Heç kəsə, xüsusən bürkülü yay aylarında metronun "20 Yanvar” stansiyasının keçidindən istifadə etməyi arzulamazdıq. 2-3 dəqiqəlik bu yolu qət edərkən havasızlıqdan adamın ürəyi dayanır. Belə bir yerdə, bu cür şəraitdə10-12 saat qalıb alver etməyin nə demək olduğunu təsəvvürünüzə gətirirsinizmi? Bəli, əsl kamikadzelikdir. Yəni karantin tədbirləri yumşaldıqdan sonra açılacağı halda belə, həmin ticarət obyektlərində işləmək özünəqəsddir, xüsusən də, dəfələrlə bəyan edildiyi kimi, COVID-19-un yaxamızdan tezliklə əl çəkəcəyi gözlənilmirsə. Üstəlik, Allah etməmiş, burada kiçik də olsa yanğın baş versə (ehtimal az deyil), nəticələrini fikirləşəndə belə, adamı üşütmə tutur. Alçaq tavan, tez alışan mallar və günün bütün saatlarında adamla dolu uzun tunel - bunun necə təhlükəli olduğunu yanğınsöndürənlər daha yaxşı bilərlər.

Bir sözlə, "20 Yanvar”ın həm paytaxtımıza, həm də daşıdığı ada layiq olması üçün yerli və mərkəzi icra qurumları diqqətlərini bu əraziyə yönəltməlidirlər, həm də ciddi. Əks halda 20 Yanvar yaddaşlarda təkcə azadlıq şəhidlərinin anım tarixi deyil, Bakının özbaşınalıq və antisanitariya hökm sürdüyü ərazisi kimi də qala bilər.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM