04:43 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hindistanda COVID-19 üçün test edilənlərin 7 faizinin cavabı müsbət çıxır
ANA SƏHİFƏ / DÜNYA
22:36 08.07.2020

Hindistanda COVID-19 infeksiyasına yoluxmanı müəyyən etmək üçün gündəlik test edilənlərin 7 faizinin cavabı müsbət çıxır.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, analiz cavabları müsbət olanların nisbətinin getdikcə artması ölkədə virusa yoluxma hallarındakı artım tempi ilə düz mütənasibdir. Belə ki, son 6 gündə Hindistanda gündəlik yoluxma sayı 20 mindən çox olub. Ötən sutka ölkədə 22 min 752 yoluxma, 482 ölüm qeydə alınıb. Ölkədə indiyədək 742 min 717 yoluxma, 20 min 642 ölüm baş verib.

Federal Səhiyyə Nazirliyi virusa yoluxanların 61 faizinin sağaldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların ümumi sayına görə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM