Alternative content

03:21 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Fransız Universitetində onlayn formatda ilk “Məzun günü”
Azərbaycan-Fransız Universitetində onlayn formatda ilk “Məzun günü”
ANA SƏHİFƏ / Təhsil
18:42 08.07.2020

İyulun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ilk "Məzun günü” keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, "Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Strasburq Universitetinin xarici əlaqələr üzrə prorektoru İrini Tsamadu Jakoberger, ADNSU-nun rektoru Mustafa Babanlı, UFAZ-ın direktoru Vazeh Əskərov, baş katib Şarlot Payen, yerli və xarici müəllim heyəti, məzunlar, tələbələr və əməkdaşlar iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov çıxışında fransız həmkarlarla birgə səylər sayəsində əldə edilən müsbət nəticələrdən söz açıb. Nazir qeyd edib ki, bu əməkdaşlıq Fransa və Azərbaycan arasında əlaqələri inkişaf etdirəcək, həm də Azərbaycanda insan kapitalının inkişafına töhfə verəcək.

Ceyhun Bayramov vurğulayıb ki, UFAZ Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərdə uğur hekayəsi kimi də qiymətləndirilə bilər.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros qeyd edib ki, biz tədricən Fransa-Azərbaycan tədqiqatçılarının, mühəndis və alimlərinin böyüyən cəmiyyətini təşkil edə biləcəyik.

Onlayn tədbirə qoşulan Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev UFAZ-ı iki ölkə arasındakı strateji tərəfdaşlığın çox vacib və güclü rəmzi kimi qiymətləndirib.

ADNSU-nun rektoru Mustafa Babanlı da "Məzun günü” ilə bağlı hər kəsi təbrik edərək deyib ki, UFAZ öz tələbələrini verdiyi elmi bilik və peşə bacarıqlarından əlavə, həm də həyata hazırlayır.

Daha sonra çıxış edən Strasburq Universitetinin xarici əlaqələr üzrə prorektoru xanım İrini Tsamadu Jakoberger, UFAZ-ın baş katibi Şarlot Payen UFAZ layihəsini vacib bir nailiyyət kimi qiymətləndirib, məzunları təbrik edib və bütün kollektivə təşəkkür ediblər.

Çıxışlardan sonra UFAZ-ın 4 illik fəaliyyəti ərzində maraqlı anların və tələbələrin uğurlarının əks olunduğu şəkillər və videogörüntülər nümayiş olunub. Tədbirin davamında oxuduqları ixtisaslar üzrə yaxşı nəticə göstərən tələbələrdən İradə Bünyatova, Süleyman Qafarlı və Məryəm İsmayılova UFAZ haqqında təəssüratlarını bölüşüblər.

Xatırladaq ki, 2016-cı ildə UFAZ-ın I kursuna qəbul olan 141 tələbədən 125 nəfəri bu il məzun olur. UFAZ-ın 2020-2021-ci il magistratura pilləsinə qəbul olan 80 tələbədən 47-si UFAZ tələbəsidir. UFAZ-ın 10 tələbəsi TOTAL təqaüdünü qazanaraq Fransanın ən aparıcı universitetlərində magistratura pilləsi üzrə təhsil almaq imkanı əldə edib. Ondan çox tələbə müxtəlif xarici universitetlərin magistratura pilləsinə qəbul olub. UFAZ-ın 17 tələbəsi öz ixtisası üzrə iş tapmağa nail olub.

Xatırladaq ki, UFAZ Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə 2016-cı ildən fəaliyyətə başlayıb. UFAZ-da təhsil alan tələbələr ADNSU ilə yanaşı, Fransanın Strasburq və Renn-1 universitetlərinin də diplomlarını əldə edirlər. 2020-ci ilin sentyabr ayından etibarən tədris olunacaq magistratura proqramlarında da iki diplom təmin edilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM