Alternative content

09:48 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BŞBPİ: Polisin qanunu tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər araşdırılıb
BŞBPİ: Polisin qanunu tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər araşdırılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:09 08.07.2020

Bakı Şəhər Baş Polis İdarəsi bəzi xəbər saytlarında polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən bir qrup şəxslə bağlı yayılan görüntülərin araşdırılması barədə məlumat yayıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin şəxslər xüsusi karantin rejimi qaydalarına əməl etmədən mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarəti ilə məşğul olublar. Təəssüf ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt "polisə hücum” kimi təqdim olunub.

Bununla əlaqədar bildirilib ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar. Onlardan müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiqləyən sənəd tələb edildikdə polisin tələbinə tabe olmayıblar. Şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün polis bölməsinə aparılan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib. Belə olduqda polis əməkdaşları həmin şəxsləri 36-cı polis bölməsinə apararaq, şəxsiyyətlərini müəyyənləşdirib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM