Alternative content

11:18 12 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
00:12 12.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qida Təhlükəsizliyi Agentliyi 166 müəssisədə reyd keçirib
Qida Təhlükəsizliyi Agentliyi 166 müəssisədə reyd keçirib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:41 08.07.2020
 
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və regionlarda fəaliyyət göstərən 43 ictimai iaşə obyekti, 123 ərzaq satışı mağazası olmaqla ümumilikdə 166 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 94-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakı şəhərində "Neptun”, "Rahat” (Nəsimi rayonu), "Rahat” (Nərimanov rayonu), "Araz supermarket” (Nərimanov rayonu), "Araz supermarket” (Nizami rayonu), "Araz supermarket” (Xətai rayonu), "Araz supermarket” (Babək prospekti), "Rahat” (Babək prospekti) marketlər, İbrahimova Afaq Sabir qızına, Muradov Ruslan Yavər oğluna, Behbudova Vüsalə Tahir qızına, Xalıqov Vahid Rafiq oğluna, Heydərova Yeganə Əlibayram qızına, İbrahimova Səadət İslam qızına, Məmmədov İlqar Mürsəl oğluna məxsus ərzaq mağazaları, Abşeron rayonu, Saray qəsəbəsində "Əsləm” market, Xırdalan şəhərində "Nur” market, Şabran rayonunda "Qaraqoyunlu” restoranı, "Ekonom” market, Şamaxı rayonunda "Yaşıl”, "Favorit”, "Ocaq”, "Dostluq”, "Veqas”, "Murad” və "Zənbil” marketlər, "Dostluq”, "Savalan”, "Çənlibel” və "Zəm-zəm” restoranları və "Ata yurd” kafesi, Göyçay rayonunda İbrahimov Eldəniz Dursnəli oğluna, Kəurimov Araz Polad oğluna, Qasımov Yalçın Asif oğluna, Kərimov Baba Ərəstun oğluna, Zakirov Zakir Tapdıq oğluna məxsus ət satışı mağazaları, "Mansard” kafe, İsbatov Məhəmməd Qorxmaz oğluna məxsus kafe, Əliyev Aqil Rafael oğluna məxsus ərzaq mağazası, Ağsu rayonunda İsmayılov Davud Əlikram oğluna məxsus ət satışı mağazası (fəaliyyəti məhdudlaşdırılıb), Fazilov Pərviz Abbas oğluna, Niftaliyev Ağaisa Musa oğluna, Abdurahmanov Ağagül Təşkil oğluna və Lətifov Miri Lətif oğluna məxsus kafelər (4 kafenin fəaliyyəti məhdudlaşdırılıb), Salyan rayonunda Əbilov Rafət Xanoğlan oğluna, Rəsulov Adil Ədalət oğluna, Quliyev Pərvin İntiqam oğluna məxsus ərzaq mağazaları və "Oba” market, Neftçala rayonunda Allahverdiyev Əlipaşa Rəsul oğluna məxsus ərzaq mağazası, Bərdə rayonunda Qurbanov İlkin Şahin oğluna, Adıgözəlov Şamxal Zaur oğluna, Əliyev Ədalət İbrahim oğluna, İbrahimov Azad Hümbət oğluna, Məcidzadə Elçin Soltan oğluna məxsus ərzaq mağazaları, "Nuray” və "Yağmur” marketlər, Əliyev Nursəfa Əlisəfa oğluna və Seyidli Sənan Arif oğluna məxsus dönərxanalar, Masallı rayonu, Boradigah qəsəbəsində "Kaktus” market, Ərkivan qəsəbəsində Paşayev Elvin Mirdaməd oğluna, Şirəliyeva Elnurə Rakif qızına, Mütəllimzadə Nurlan Çingiz oğluna məxsus marketlər, Lənkəran rayonunda Əliyeva Pərvanə Məmmədəli qızına məxsus ərzaq mağazası, "Elcan” market, Biləsuvar rayonunda "Oba” market və Əsədov İlqar Saday oğluna məxsus ərzaq mağazası, Cəlilabad rayonunda "Ulduz” və "Seyid” marketlər, Qəbələ rayonunda Nəsirov İlqar Əli oğluna məxsus ərzaq mağazası, Ziyadov Namiq Seyidəhməd oğluna məxsus kafe, Oğuz rayonunda "Dostluq” kafesi, Şirinov Mikayıl Maarif oğluna məxsus yeməkxana, İsmayılov Kamal Mayıl oğluna məxsus ərzaq mağazası, Zaqatala rayonu, Çökək kəndində Musayev Səxavət Musa oğluna məxsus ərzaq mağazası, Qəbirdərə kəndində "Cökəaltı” kafesi, Gəncə şəhərində "Üç qardaş” market, Əliyev İbrahim Habil oğluna, Nəbiyev Nazim Rasim oğluna, Cəfərova Aybəniz Məhərrəm qızına məxsus ərzaq mağazaları, Tovuz rayonunda Kərimov Zülfüqar Nadir oğluna, Sadıqov Sadıq İsrafil oğluna məxsus ət satışı mağazaları, Şəmkir rayonunda Novruzov Anar Eyvaz oğluna, Musayev Anar Akif oğluna məxsus ət satışı mağazaları, Quliyeva Nəzifə Kərəm qızına və Əhmədova Svetlana Cəfər qızına məxsus şirniyyat mağazaları, "Çinar” və "Kəhriz” kafeləri, İmişli rayonunda "Rüfət”, "Razi”, "Dünya”, "Kamran”, "Tural”, "Sərfəli” və "Nuh” marketlərində daha çox uyğunsuzluqlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi Bakıda və regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM