08 Iyul 2020 15:40
729
DÜNYA
A- A+

Gürcüstansərhədləriniaçır

Avropa İttifaqına üzv 5 ölkə Gürcüstanla sərhədlərini açır.

Bu barədə Gürcüstan Baş nazirinin müşaviri İrakli Çikovani məlumat verib. O deyib ki, bu ölkələr Almaniya, Fransa, Latviya, Litva və Estoniyadır.

İrakli Çikovani qeyd edib ki, sərhədlərini açacaq ölkələrlə danışıqlar artıq yekunlaşmaq üzrədir:"Gürcüstan iqtisadi fəallığı təşviq etmək məqsədi ilə bütün ölkələrdən işgüzar səfərlərin əvvəlcədən razılaşdırılmış qaydalar əsasında həyata keçirilməsinə icazə verəcək. Gürcüstana işgüzar səfərə gələn qonaqlar öz hesablarına hər 72 saatdan bir koronavirus testindən keçməli və ya məcburi 14 günlük karantində qalmalı olacaqlar. Bu qayda Gürcüstanla sərhədini açan 5 Avropa İttifaqı ölkəsinin vətəndaşlarına şamil edilməyəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video