Alternative content

04:06 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kür çayında suyun azalmasına əsas səbəb qlobal istiləşmə nəticəsində buxarlanmanın artmasıdır
Kür çayında suyun azalmasına əsas səbəb qlobal istiləşmə nəticəsində buxarlanmanın artmasıdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:07 08.07.2020

İyun ayından başlayaraq Kür çayında suyun səviyyəsi kəskin şəkildə azalıb.

Azərbaycanın iqlimşünas alimlərinin və ekoloqlarının araşdırmalarına görə, 2014-cü ildən başlayaraq son 6 il ərzində Kür çayının ölkəmizin ərazisindən keçən hissəsində suyun həcmində 25 faiz azalma qeydə alınıb. Neftçala, Salyan rayonlarında aparılan son tədqiqatlar zamanı isə 60 kilometr ərazidə Xəzər dənizi suyunun Kür çayına qarışdığı müşahidə edilib.

Alimlər qeyd edirlər ki, Azərbaycanın su ehtiyatının 70 faizi qonşu ölkələrdə formalaşdığına görə respublika ərazisinə gələn suyun səviyyəsi bu amildən asılıdır. Ölkəmiz transsərhəd çaylarından istifadə haqqında beynəlxalq konvensiyaya qoşulsa da, təəssüf ki, indiyədək nə Gürcüstan, nə də Ermənistan həmin sənədi imzalamayıb. Ona görə də onların qarşısında müəyyən bir öhdəliklər yoxdur. Problemin bir səbəbi bundan qaynaqlanır.

Həmçinin qlobal istiləşmə nəticəsində buxarlanmanın artması, buzlaqların sahəsinin, eləcə də yağıntıların miqdarının azalması Kürdə suyun səviyyəsinin enməsinin təbii səbəblərindəndir. Digər bir səbəb isə Kür çayında məcra proseslərinin çox mürəkkəb olmasıdır.

AZƏRTAC Kür çayının hazırkı vəziyyətini əks etdirən fotoları təqdim edir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM