08 Iyul 2020 14:06
698
DÜNYA
A- A+

Cənubi Afrika Respublikası ən aktiv yoluxma hallarının qeydə alındığı beşinci ölkədir


COVID-19 pandemiyası nəticəsində aktiv yoluxma hallarının sayının çoxluğuna görə beşinci ölkə olan Cənubi Afrikada son iki həftə ərzində Pretoriya və Yohannesburqda 205.721 yoluxma və 3310 ölüm halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən dərc edilən son məlumata görə, Cənubi Afrika Respublikası bütün qitə üzrə yeni koronavirusdan daha çox əziyyət çəkən ölkə olaraq qalmaqdadır. Afrika üzrə yoluxma hallarının təqribən 40 faizi bu ölkənin payına düşür.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa bildirib ki, virusdan ölüm hallarının səviyyəsinin digər ölkələrlə müqayisədə aşağı (1,6 faiz) olmasına baxmayaraq, yoluxmaların sayının artması xəbərdarlıqdır. "Biz karantin rejiminin qaytarılması barədə məsələni nəzərdən keçirmirik. Digər vasitələrdən istifadə etmək lazımdır: öz həyatını müdafiə etmək, həmçinin yaşamaq üçün vasitələri qorumaq lazımdır və bu, incə balansdır”, - deyə Prezident bildirib.

İqtisadçılar proqnozlaşdırır ki, COVID-19 pandemiyasının Cənubi Afrikada yayılması, özünütəcrid və sosial məsafənin gözlənilməsi tədbirləri iqtisadiyyatın 7,2 faiz aşağı düşməsi ilə nəticələnəcək. Bu da son 100 il ərzində ən yüksək göstəricidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video