07 Iyul 2020 14:18
619
CƏMİYYƏT
A- A+

Polis paytaxtda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirləri davam etdirir


Daxili işlər orqanlarının əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tədbirlər keçirirlər.

AZƏRTAC xəbər verir ki, koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda, o cümlədən iri supermarketlər şəbəkələrində gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində, küçə və yollarında, böyük marketlərdə ciddi yoxlamalar aparılır. Polis əməkdaşları tərəfindən vətəndaşlar saxlanılır və onların müvafiq sənədləri yoxlanılır. Polis əməkdaşları sakinlərin daha sıx toplaşdıqları, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparır, sanitar rejimin tələblərini, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyini vətəndaşlara izah edirlər.

Vətəndaşların diqqətinə çatdırılır ki, koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələri vacibdir.

Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən vətəndaşlar aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Polis əməkdaşları fərdi evlərdən və mənzillərdən çıxışa yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verildiyini də vətəndaşlara izah edirlər.

Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq olunur.

Xatırladaq ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il iyulun 5-i iyul saat 06:00-dan iyulun 20-si saat 06:00-dək uzadılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video