07 Iyul 2020 14:17
583
İQTİSADİYYAT
A- A+

“SNC-Lavalin’s Atkins” Azərbaycanda kiçik su elektrik stansiyaları ilə bağlı yekun hesabatını təqdim edib


Azərbaycanda kiçik su elektrik stansiyalarının (SES) fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair "SNC-Lavalin’s Atkins” şirkətinin yekun hesabatının onlayn formatda təqdimatı keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, "Azərnerji” ASC, "SNC-Lavalin’s Atkins”, BP və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mövcud kiçik su elektrik stansiyalarının səmərəliliyinin qiymətləndirilməsinə, beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin təkmilləşdirlməsinə, eləcə də son illərdə müşahidə olunan quraqlıq da nəzərə alınmaqla yeni su elektrik stansiyalarının tikintisinin məqsədəuyğunluğunun araşdırılmasına zərurət yarandığı bildirilib. Bu məqsədlə 2018-ci il oktyabrın 19-da Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış "Niyyət məktubu” çərçivəsində nazirlikdə aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılaraq və layihənin icrasına "SNC-Lavalin’s Atkins” şirkəti cəlb edilərək tədqiqatlar aparılıb. Layihə çərçivəsində 5 kiçik su elektrik stansiyası və yeni stansiyalar üçün seçilmiş 6 sahəyə səfərlər edilib, qiymətləndirmə aparılıb.

"SNC-Lavalin’s Atkins” şirkətinin nümayəndələri Rodrigo Freire De Macedo və Matt Skidmorenin təqdimatında ölkəmizdə mövcud kiçik su elektrik stansiyalarının, eləcə də seçilmiş ərazilərdə inşası planlaşdırılan stansiyaların səmərəlilik aspektindən qiymətləndirilməsi, texniki-iqtisadi göstəriciləri, dağ çaylarının potensialı və tövsiyələr diqqətə çatdırılıb.

Energetika naziri Pərviz Şahbazov iki il müddətinə həyata keçirilən bu layihənin əhəmiyyətini və layihəyə BP şirkəti, eləcə də digər qurumların dəstəyini yüksək qiymətləndirib. "Bu hesabat əsasında ölkəmizdə elektrik enerjisi istehsalı ehtiyaclarını, su potensialını və su qıtlığını nəzərə alaraq, kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyamızı işləyib hazırlayacağıq. Bu sahənin özəl sektorun cəlbi ilə inkişafı isə əsas hədəflərdən biridir”, - deyə nazir əlavə edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz isə bildirib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var. Bununla belə hökumətin enerji keçidi ilə bağlı siyasəti təqdirəlayiqdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video