07 Iyul 2020 12:41
532
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi: 5336 obyektdə sanitar-epidemioloji tələblər pozulub

 
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 4-5-də keçirilən monitorinqlərdə Binəqədi rayonunda "Bizim market”də, "Sev al market”də, "Tayqa mağazası”nda, "Aptek-Azeri Med”də, Xətai rayonunda "Nur market”də, "İslam market”də, "Bazarstore”da, "Sevimli dad” mağazasında, "Bumbuz pivə” ictimai iaşə obyektində, Xəzər rayonunda "Elit market”də, "Elvin Market”də, "Araz Market”də, "Rahat Market”də, "Mərdəkan market”də, "Sərfəli market”də, "Gəncə təndiri” ictimai-iaşə obyektində, Nəsimi rayonunda "Alvadı market”də, "Sünbül market”də, "Zeytun Aptek”də, Səbail rayonunda "Cadoro shop" mağazasında, "Billur market”də, "Continental market”də, "AL market”də, "Express market”də, "Bolmart”da, Yasamal rayonunda "Laləli market”də, "Fuad market”də, "Ləzzət şirniyyat” mağazasında, "32 çeşid ət mağazası”nda, "Əmi oğlanları” meyvə-tərəvəz dükanında, "Köz döner”, "Pakdad dönər” və "Nənəmin təndiri” ictimai-iaşə obyektlərində, "N.MED Center klinika”da, Suraxanı rayonunda "Ballı market”də, meyvə-tərəvəz bazarında, Sabunçu rayonunda "Super market”də, "Seyid market”də, "Kanal market”də, Nərimanov rayonunda "Araz market”də, "Dolu market”də, "İstanbul market”də, "Xəzər market”də, "Metromart” mağazasında, Nizami rayonunda "Grandmart” və "Az Qranata” mağazalarında, "Happy market” və "Oba Market”də, "Dokta Aptek”də, "Zeytun Aptek”də, Qaradağ rayonunda "Turan market”də, Gəncə şəhərində "Al market” və "Oba market”də, Abşeron rayonunda "Zeynəb market”də, "Saf market”də, "Ailə market”də, "El market”də, "Şok market”də, "Gənclik market”də, Şamaxı rayonunda Mehman Eyyubova məxsus "Market”də, Vidadi Qocayevə və Elçin Rəhimova məxsus ət dükanlarında, Elşad Nəcəfova məxsus məişət avadanlıqlarının təmiri xidmət obyektində, Rəvan Qəhrəmanova məxsus "Rose Park Ailəvi Məkan” ictimai-iaşə obyektində, Füzuli rayonunda "Əli Market”də, "Sədərək Ucuzluq” mağazasında, Bərdə rayonunda "Neptun 16” mağazasında, Orxan Bəxtiyarova məxsus ət dükanında, Ramin Cəfərova və İsmayıl İsmayılova məxsus meyvə-tərəvəz dükanlarında, Mübariz Alıyevə məxsus "Yem satışı” mağazasında, Xaçmaz rayonunda "Relax" xidmət obyektində, "Qlobus" məktəb ləvazimatlarının satışı mağazasında, ümumilikdə, monitorinq aparılmış 743 obyektin 277-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Qeyd edək ki, mayın 22-dən iyulun 6-dək monitorinq aparılmış 11 min 291 sahibkarlıq subyektində 5336-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb. Monitorinqlər davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video