07 Iyul 2020 12:35
511
CƏMİYYƏT
A- A+

Qida Təhlükəsizliyi Agentliyi koronavirusun profilaktikası çərçivəsində nəzarət tədbirlərini gücləndirib

 
Ölkə ərazisində koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və regionlarda fəaliyyət göstərən 876 turizm və otelçilik, 7 min 99 ictimai iaşə obyekti, 9 min 23 ərzaq satışı mağazası olmaqla ümumilikdə 16 min 998 müəssisədə reydlər keçirilib. Keçirilən reydlər zamanı uyğunsuzluq aşkarlanan 5 turizm və otelçilik, 209 ictimai iaşə və 326 ərzaq satışı ilə məşğul olan müəssisələr barəsində inzibati xəta haqqında protokollar tərtib edilib. Həmçinin ərzaq məhsullarının satışı ilə məşğul olan 13 müəssisə və 27 ictimai iaşə müəssisəsi barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndirmə tədbirləri çərçivəsində respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində yerləşdirilib.

Görülən bütün tədbirlərə, verilən tövsiyələrə baxmayaraq bəzi ictimai iaşə və ərzaq məhsullarının satışı ilə məşğul olan subyektlərdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstəriş tələblərinin pozulması halları hələ də aşkarlanmaqdadır.

Təəssüflə bildiririk ki, cəmiyyətdə koronavirusla (COVID-19) mübarizə tədbirlərinin pozulması halları davam etdiyindən hər gün yüzlərlə ölkə vətəndaşı virusa yoluxmaya məruz qalır. Yoluxma sayının artmasında əsas səbəblərdən biri də bəzi sahibkar və istehlakçıların üzərinə düşən, əslində çox sadə məsələlərin- sosial məsafə, maska taxmaq və əllərin mütəmadi dezinfeksiyası və s. kimi qaydalara əməl etməməsidir.

Ona görə də prosesdə iştirak edən bütün tərəflərin-sahibkar və istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə təhlükəsiz qida nəzarətçisinə çevrilməsi vacibdir. Qida Təhlükəsizliyi Agentliyi bütün sahibkar və istehlakçıları bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında fəal iştiraka dəvət edir.

Qida Təhlükəsizliyi Agentliyi bir daha ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlara və ictimai iaşə subyektlərinə müraciət edərək, koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, bu sahədə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş metodiki göstərişlərin tələblərinə ciddi şəkildə riayət etməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video