Alternative content

10:48 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər müzakirə edilib
Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər müzakirə edilib
ANA SƏHİFƏ / SİYASƏT
00:40 07.07.2020


İyulun 6-da Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi ilə videokonfrans formatında görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanın Aİ yanında nümayəndəliyinin rəhbəri və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri də iştirak ediblər.

Görüşün başlıca məqsədi Azərbaycan və Aİ arasında ikitərəfli tərəfdaşlıq gündəliyinə daxil olan, eləcə də Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı məsələlərinin müzakirəsi olub.

Xarici İşlər naziri COVID-19 pandemiyasının təsirlərinə qarşı mübarizə sahəsində Aİ-nin ölkəmizin milli səylərinə dəstək göstərən yardımlarına görə təşəkkürünü bildirib, bu çərçivədə bundan sonra da əməkdaşlığın praktiki istiqamətlərdə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Videokonfrans zamanı Aİ-nin qaydalara əsaslanan dünya nizamı üzrə bölüşülən dəyərləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək verilməsi ilə bağlı prinsipial mövqeyi Azərbaycan Xarici İşlər naziri tərəfindən məmnunluqla qeyd edilib. Tərəflər Şərq Tərəfdaşlığı ölkələrinin gələn il keçirilməsi nəzərdə tutulan zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanla Aİ arasında yeni ikitərəfli sazişə dair müzakirələr aparılıb və bu sazişin yekunlaşdırılmasında hər iki tərəfin maraqlı olduğu vurğulanıb. Yaxın zamanlarda tərəflərin saziş üzrə danışıqları yenidən davam etdirəcəyi qeyd olunub və danışıqlarda irəliləyişin əldə olunmasına dair ümid ifadə edilib.

Tərəflər həmçinin Vahid Aviasiya Məkanının yaradılması haqqında saziş, tərəfdaşlıq prioritetləri, Azərbaycanın Aİ proqramlarında iştirakı, vizaların ləğvi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Enerji və nəqliyyat bağlılığı sahələrində əməkdaşlıq məsələləri üzrə müzakirələr aparan Azərbaycan və Aİ rəsmiləri hər iki istiqamətdə mövcud olan böyük layihələr və onların gələcək inkişafı perspektivlərini nəzərdən keçiriblər.

Görüşün sonunda növbəti Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının keçirilməsi barədə fikir mübadiləsi baş tutub.

Hər iki tərəf mövcud qlobal pandemiya şəraitində onlayn müzakirələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, pandemiyadan sonra birbaşa təmasların və görüşlərin təşkilini razılaşdırıblar.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM