06 Iyul 2020 20:31
556
İQTİSADİYYAT
A- A+

Nazirlik: Pandemiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq davam etdirilir


İqtisadiyyat Nazirliyində pandemiya ilə mübarizə tədbirlərində cəmiyyətin müxtəlif təbəqələrinin fəal iştirakının təmin olunması, bu istiqamətdə birgə səylərin və təşəbbüslərin birləşdirilməsi üçün onlayn görüşlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə növbəti videokonfrans vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təşkil olunub. İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, müxtəlif sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş onlayn görüşdə qeyd edilib ki, cəmiyyətin digər üzvləri kimi, vətəndaş cəmiyyəti institutları da pandemiya ilə mübarizə tədbirlərində fəal iştirak etməlidir.

Vurğulanıb ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə, xüsusilə də qoruyucu maskalardan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə kimi vacib şərtlərə əməl edilməsi üçün qeyri-hökumət təşkilatları məlumatlandırma və maarifləndirmə tədbirlərinə öz töhfələrini verməli, koronavirus infeksiyasına məsuliyyətsiz yanaşan insanlara qarşı ictimai qınaq formalaşdırılmalıdır.

Videokonfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və birgə layihələrin icrası barədə razılığa gəlinib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video