06 Iyul 2020 20:29
649
DÜNYA
A- A+

Rusiya COVID-19-un müalicəsi üçün “Avifavir” preparatını ixrac etməyə başlayıb


Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) və "XimRar” şirkətlər qrupunun müştərək müəssisəsi koronavirus infeksiyasının müalicəsi üçün "Avifavir” adlı preparatı ixrac etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, iyun ayında bu preparat Belarusa ixrac edilib, yaxın vaxtlarda onun Qazaxıstana da ixrac ediləcəyi gözlənilir.

50-dən çox ölkə bu dərmanı idxal etməkdə maraqlı olduğunu bildirib. "Avifavir”in bir sıra Latın Amerikası dövlətlərinə ixrac edilməsi barədə danışıqlar aparılır. MDB ölkələri və Yaxın Şərq dövlətləri də onu almaqda maraqlı olduqlarını bildiriblər.

RBİF-in rəhbəri Kirill Dmitriyev deyib: "ABŞ hakimiyyət orqanları yaxın aylar ərzində "Gilead Sciences” şirkətinin istehsal etdiyi "Remdesivir” preparatının 100 faizini almaq qərarına gəlib. Rusiya bu faktı və dünya bazarında səmərəli preparatlar qıtlığı yaranmasını nəzərə alaraq koronavirusa qarşı mübarizədə digər ölkələrin köməyinə gəlməyə və xarici ölkələrə "Avifavir” satmağa başlamağa hazırdır.

K.Dmitriyev onu da vurğulayıb ki, Rusiyada istehsal olunan preparat qat-qat ucuz başa gəlir, həblər şəklində buraxılır. Onun sözlərinə görə, bu dərman COVID-19-un erkən mərhələlərində terapiyanı həyata keçirməyə imkan verir.

RBİF və "XimRar” şirkətlər qrupunun müştərək müəssisəsi iyun ayında 100 min müalicə kursu üçün preparat istehsal edib və Rusiyanın 35 regionuna göndərib. Müəssisənin istehsal gücünün 3 dəfə artırılması sayəsində indi ayda 300 min müalicə kursu üçün belə preparat buraxmaq mümkündür. Gözlənildiyinə görə, bu halda "Avifavir”ə daxili tələbatı tam təmin etməyə və onun ixracına başlamağa imkan yaranacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video