06 Iyul 2020 18:21
509
CƏMİYYƏT
A- A+

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kütləvi-informasiya vasitələrinə müsahibəsində deyib ki, pandemiya dövrü olmasına baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il də heç bir sosial proqram ixtisar edilməyəcək. Əksinə, həmin proqramlar daha da genişlənir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir bu ilin may və iyun aylarında 300 mənzilin şəhid ailələri və müharibə əlillərinə verildiyini bildirib. Onun verdiyi məlumata görə, bu günlərdə nazirlik tərəfindən daha 200 mənzil alınıb. Xüsusi karantin dövrü bitəndən sonra həmin mənzillər də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək. Ümumilikdə, mənzillə təminat prosesi il ərzində davam edəcək, ötən il 934 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilibsə, bu il həmin təbəqədən olanlara ən azı 1500 mənzil təqdim ediləcək.

S.Babayev bildirib ki, həmçinin bu il artıq 100 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. Bu il üçün 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.

Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev, müharibə əlilləri və onlara bərabər tutulanlara 6850 minik avtomobili verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video