05 Iyul 2020 15:46
681
DÜNYA
A- A+

Koronovirus pandemiyasının ikinci dalğasının bu ilin noyabr-dekabr aylarında başlanacağı ehtimal edilir


Koronovirus pandemiyasının ikinci dalğasının bu ilin noyabr-dekabr aylarında baş verəcəyi ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, bu fikri israilli professor Leonid Eydelman rusiyalı jurnalistlərə söyləyib. O deyib ki, mövsümi kəskin resperator virus infeksiyalarının COVID-19 ilə oxşar simptomları vəziyyəti daha da kəskinləşdirə bilər. Belə ki, resperator xəstəliklərlərdən əziyyət çəkən xəstələri COVıD-19 xəstələrindən ayırmaq çətin olacaq. Mütəxəssis payız aylarında ölkələrin səhiyyə sistemini daha mütəşəkkil olmağa çağırıb.

O xatırladıb ki, İsraildə koronavirus infeksiyasının ikinci dalğasının yayılması üzündən hakimiyyət yenidən məhdudiyyət tədbirlərinə əl atmağa məcbur olub.

L.Eydelmanın yoluxma hallarının çox olduğu ərazilərdə regional karantinlərin tətbiqinə tərəfdar olduğunu bildirib. O, təhlükəsiz və kütləvi peyvəndlərin 2021-ci ilin ikinci rübündən tez tətbiq ediləcəyinə inanmadığını qeyd edərək, bu virusla yaşamağı öyrənməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video