04 Iyul 2020 17:31
881
DÜNYA
A- A+

PKK terrorçularına ağır zərbə vurulub


Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının daha bir təhlükəli üzvü məhv edilib. Bu barədə yerli KİV xəbər verir.

Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tunceli vilayətinin Ovacık bölgəsində aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat zamanı zərərsizləşdirilmiş iki terrorçudan birinin axtarışda olduğu müəyyənləşdirilib. "Sefkan Mardin” ləqəbli Ferhat Ateşinin ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 71 min ABŞ dolları) məbləğində mükafat vəd olunmuşdu.

Ölkə daxilində keçirilən antiterror əməliyyatları nəticəsində cari ilin altı ayında ümumilikdə 562 terrorçu zərərsizləşdirilib.

Bu arada, Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, İraqın şimalında həyata keçirilən "Pəncə-Qaplan” antiterror əməliyyatı çərçivəsində daha üç nəfər PKK terrorçusu məhv edilib, təşkilata məxsus cəbbəxana ələ keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video