04 Iyul 2020 00:28
883
İQTİSADİYYAT
A- A+

Fermerlər bol məhsul uğrunda mübarizə aparırlar


Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” respublikamızda qədim ənənələrə malik baramaçılığın inkişaf etdirilməsində mühüm rol oynayır.

Dövlət başçısının bu vacib sahənin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla həyata keçirilir. Bu sahənin inkişafı üçün göstərilən qayğı, xüsusilə hər kiloqram yaş barama üçün verilən subsidiya rayonda ipəkçilyə olan marağı bir qədər də artırıb. Məhz bunun nəticəsidir ki, artıq beşinci ildir burada barama istehsalında yüksək uğurlar əldə edilir. İndi demək olar ki, rayonun əksər kəndlərinin sakinləri baramaçılıqla məşğul olurlar. Alpout, Aşağı Salahlı, Aslanbəyli, Birinci Şıxlı, İkinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Yuxarı Salahlı, Qaymaqlı və Xanlıqlar kəndləri üzrə barama yetişdirən kümçülər tərəfindən bu il əvvəlki ilə nisbətən xeyli çox yaş barama təhvil verilməsi nəzərdə tutulmuşdur. Artıq bir neçə gündür ki, rayonda barama təhvili başa çatdırılmışdır. Qısa vaxt ərzində kümçülər "Azəripək” MMC-yə 5 min 97 kiloqram yaş barama təhvil vermişlər.

Son illər ölkəmizdə taxılçılığın da inkişaf etdirilməsində mühüm tədbirlər həyata keçirilir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişaf etdirilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu vacib sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar ölkədə taxılçılığın ilbəil genişləndirilməsinə səbəb olur.

Respublikamızda taxılçılığın sürətli inkişafına nail olmaq üçün qarşıya qoyulmuş tələblər Qazax rayonunda da uğurla həyata keçirilir. Belə ki, istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən diqqət və qayğı görən fermerlər hər il bu sahənin inkişafına nail olurlar. Qeyd edək ki, əvvəlki illərdə bu sahədə böyük uğurlara imza atan təsərrüfat sahibləri bu il də zəmilərdə bol məhsul yetişdirmişlər. Cari ildə 11395 hektarda əkilən taxılın 6916 hektarı buğda, 4479 hektarı isə arpadır. Zəmilərdə aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinin nəticəsidir ki, bu il də sahələrdə məhsul boldur.

Hazırda fermerlər arpa və buğda biçininə başlamışlar. Biçinin optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. Hər gün sahələrə 32 kombayn və bir o qədər də nəqliyyat vasitəsi çıxarılır. İşin yaxşı təşkili nəticəsində iyulun 2-dək arpa sahələrinin 1638 hektarında, buğda sahələrinin isə 235 hektarında biçin aparılmışdır. Buğda sahələrinin hər hektarından 39 sentner, arpa sahələrinin isə hər hektarından 23,4 sentner məhsul götürülür.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video