03 Iyul 2020 20:21
764
CƏMİYYƏT
A- A+

Hazırda tibb müəssisələrində ağciyərlərində “buzlu şüşə” görüntüsü aşkarlanan 600-dən çox xəstə müalicə olunur


Xəstəliyin daha irəli getmiş mərhələsində yuxarı tənəffüs yollarında virus aşkar olunmur. Virus daha çox aşağı tənəffüs yollarını – ağciyərləri əhatə edir. "Buzlu şüşə” dediyimiz görüntü ağciyər toxumasının zədələnməsini, orada fibroz toxumanın əmələ gəlməsini göstərir. Bu, çox təhlükəli mərhələdir. Hazırda tibb müəssisələrində müalicə alan 600-dən çox belə xəstə var. Biz onları COVID-19 xəstəliyi kimi qiymətləndirərək müalicəyə cəlb etmişik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Bunun səbəbi insanların xəstəliyi gecikdirməsi, evdə özünü müalicəyə cəhddir. Xəstəlik gecikdiriləndə virus yuxarı tənəffüs yollarında aşkarlanmır, aşağı tənəffüs yollarında tomoqrafiya müayinəsi ilə aşkarlanır. Ümumiyyətlə, PSR testlərlə xəstəliyin aşkar olunması 70 faiz təşkil edir. 30 faiz hallarda bu, olmaya bilər. Ona görə testlər də klinik əlamətlərlə birlikdə dəyərləndirilir və tibb müəssisələri buna birgə nəzarət edirlər”, - deyə TƏBİB-in İdarə Heyətinin sədri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video