03 Iyul 2020 13:45
568
DÜNYA
A- A+

İranın nüvə obyektində yanğın baş verib


İranın Nətanz şəhərindəki nüvə obyektinin yaxınlığındakı binada baş verən yanğın hadisəsi bu gün dünya mətbuatının gündəmində əsas xəbər olub.

AZƏRTAC xəbər verir ki, Nətanzdakı nüvə obyektləri və şəhərin özü xüsusi mühafizə olunan məkandır. Buna baxmayaraq, yanğın xəbər kanallarında və sosial mediada elə bir ajiotaj yaradıb ki, İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi hadisə yerinə gəlib. Agentliyin nümayəndəsi Bəhruz Kəmalvəndi jurnalistlərə bildirib ki, nüvə obyektinin yanındakı binada yanğın baş verib, heç kim xəsarət almayıb və obyektə zərər dəyməyib. Radioaktiv maddələrin yanğın nəticəsində ətrafa yayılması barədə sualı cavablandıran B.Kamalvəndi deyib ki, nüvə obyektinin fəaliyyəti uzun müddətdir dayanıb. Buna görə də radiasiyanın yayılmasından söhbət gedə bilməz.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, BBC televiziya kanalının elektron poçtuna İranda baş verən insidentlə əlaqədar məktub daxil olub. Məktubu "İranın aslanları” adlı naməlum təşkilat göndərib və hadisəni törətdiyini etiraf edərək məsuliyyəti öz üzərinə götürüb. BBC-nin şərhçisi məktubun saxta olub-olmadığını, adı çəkilən təşkilatın həqiqətən də fəaliyyət göstərib-göstərmədiyini deməkdə çətinlik çəkib.

İranın xüsusi xidmət orqanları dərhal təhqiqat aparmağa başlayıblar. Mətbuatda dərc olunan xəbərlərin etibarlı mənbəyinin olmaması və müxtəlif ehtimalların irəli sürülməsi bu hadisənin təxribat olduğunu ortaya qoyur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video