03 Iyul 2020 11:16
743
İQTİSADİYYAT
A- A+

Vüsal Qasımlı: Azərbaycanın cari əməliyyatlar balansı ilin ilk rübündə müsbət saldonu qoruyub


Azərbaycanın cari əməliyyatlar balansı qlobal əmtəə bazarlarında yaranan şokun və pandemiyanın təsiri altında olsa da, bu ilin ilk rübündə müsbət saldonu qoruyub.

Bu barədə AZƏRTAC-a açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, cari əməliyyatlar balansına fiskal siyasət orta müddətdə, monetar siyasət isə qısa müddətdə təsir göstərir. Onun sözlərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Beynəlxalq Valyuta Fondunun Xarici Balansın Qiymətləndirilməsi (EBA-lite) metodologiyası əsasında Azərbaycanın cari əməliyyatlar hesabı təhlil edilib: "Azərbaycanın cari əməliyyatlar hesabına indiki halda iki tsiklik təsir var: biznes tsiklinin və neft qiymətləri tsiklinin təsiri. Hər iki tsikl enmə mərhələsində olduğundan cari əməliyyatlar hesabına mənfi təsir göstərir. Nəticədə bu ilin ilk rübündə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,5 dəfə azalaraq 646,3 milyon dollar təşkil edib. Bu enmə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisitinin 19,2 faiz azalması, qeyri-neft sektoru üzrə isə kəsirin 28,4 faiz artması hesabına olub”.

"Bundan başqa cari əməliyyatlar balansına tsiklik tənzimlənən (cyclically-adjusted) komponent də təsir göstərir. Buna tsiklik tənzimlənən cari əməliyyatlar norması deyilir. Bu göstəricini formalaşdıran aşağıdakı sahələrdə siyasət fərqləridir (policy gap): fiskal balans, səhiyyə xərcləri, monetar siyasət, kapital axınlarına nəzərət və sair. Siyasət fərqi dedikdə, məsələn, həm ölkənin planladığı və mövcud olan fiskal siyasətləri arasındakı fərq, həm də ölkənin fiskal siyasəti ilə başqa ölkələrin fiskal siyasəti arasında olan fərq başa düşülür. Siyasət fərqləri və reqresiya tənliyinin qalıqlarını toplayanda tsiklik tənzimlənən cari əməliyyatlar norması alınır. Bizim hesablamalarımıza görə, 2019-cu ildə Azərbaycanda cari əməliyyatlar balansı faktiki olaraq ÜDM-in 9,7 faizi, tsiklik tənzimlənən cari əməliyyatlar norması isə 10 faizi həcmində olub və 2018-ci illə müqayisədə müvafiq olaraq 3,2 faiz və 2,7 faiz azalıb. Cari əməliyyatlar balansına fiskal balans, ictimai səhiyyə xərcləri, özəl kredit, kapital axınlarına nəzarət, ehtiyatların dəyişməsi üzrə siyasət fərqləri nəticə etibarı ilə cəmi -0,03 faiz təsir göstərib”, - deyə o bildirib.

V.Qasımlı qeyd edib ki, 2019-cu il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti faktiki icra göstəriciləri əsasında hesablandıqda -31,1 faiz hədəfə qarşı -26,6 faiz təşkil edib. Bu nisbətin azalması cari əməliyyatlar balansına müsbət təsir edir. 2019-cu ildə tədiyə balansı neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənib: "2019-cu il üçün Azərbaycanda cari əməliyyatlar balansının EBA-lite metodologiyası ilə hesablanan dəyəri onun faktiki dəyərindən 1,6 faiz yüksək olub. Bu isə onu göstərir ki, bizdə milli valyutanın real effektiv məzənnəsi yüksək qiymətləndirilib. Keçən il manatın real effektiv məzənnə kəsiri (REER Gap) 13,3 faiz təşkil edib. Bu ilin ilk 6 ayında cari əməliyyatlar balansında kəsirin yaranma ehtimalı və manatın nominal məzənnəsinin ticarət partnyoru olan ölkələrlə müqayisədə yüksəlməsi milli valyutanın real effektiv məzənnəsinin daha da bahalaşmasını deməyə əsas yaradır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video