03 Iyul 2020 00:12
945
ELANLAR
A- A+

“Azercell”dən 4G MiFi cihazı və 3 aylıq 10GB internet cəmi 119 AZN


"Azercell” yeni 4G MiFi kampaniyasına başlayıb


Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru "Azercell Telekom” MMC internet istifadəçilərini sevindirərək növbəti kampaniyaya başlayır. Kampaniya çərçivəsində müştərilər cəmi 119 AZN ödəməklə 4G MİFİ cihazına, pulsuz Data tarifində olan Fakturasız Xətt nömrəyə və 3 ay boyunca 10 GB həcmində internetə sahib olur.

Xatırladaq ki, 4G MiFi cihazları eyni zamanda 10 istifadəçiyə uzunmüddətli işləmək imkanı, sabit siqnal və sürətli internetdən yararlanmaq imkanı təqdim edir.

Kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub. Cihazların sayı məhdud olduğundan bu fürsətdən faydalanmağa tələsin!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video