03 Iyul 2020 00:11
750
ELANLAR
A- A+

Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2020-ci ildə Lerik şəhərində abadlaşdırma işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edir


Tender 1 (bir) LOT üzrə keçirilir.

LOT-1. Lerik şəhərində abadlaşdırma işlərinin satın alınması

Tender proseduru 05 avqust saat 12:00-da dövlət satınalmalarının vahid internet Portalında keçiriləcəkdir.

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər

Maraqlanan şəxslər tenderdə iştirak etmək üçün "ASAN ödəniş” sistemi vasitəsilə "Kapital Bank” ASC-nin aşağıda göstərilən hesabına 500 (beş yüz) manat iştirak haqqı ödəməklə Portal vasitəsilə əsas şərtlər toplusunu əldə edə bilərlər.

Təşkilat: Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Lerik YXO

H/h: AZ71AIIB32051019447400201174

VÖEN: 6300016371

"Kapital Bank” ASC-nin Lerik filialı

Kod: 200747

VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944

SWIFT BIK: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə arayışlar;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;

- iddiaçının nizamnaməsi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- fəaliyyət növü haqqında məlumat;

- təklif olunan işlərin yerinə yetirilməsi üçün texniki və maliyyə imkanlarının mövcudluğu barədə məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 iyul 2020-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 04 avqust 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Həsənov İlqar Hüseyn oğlu, telefon: (025) 274 55 35.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video