02 Iyul 2020 16:45
620
İQTİSADİYYAT
A- A+

Energetika naziri: Cənub Qaz Dəhlizi ilin sonuna kimi - enerji sektorunun ağır dövründə tam istismara veriləcək


Cənub Qaz Dəhlizinin cari ilin sonuna kimi - enerji sektorunun ağır dövründə tam istismara verilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə keçirilən "Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransda çıxış edərkən səsləndirib.

P.Şahbazov Azərbaycanın enerji ölkəsi kimi hazırkı mövqeyini müstəqillik illərində ümummilli lider Heydər Əliyevin qətiyyətli iradəsinin məhsulu olan neft strategiyasının nailiyyətləri əlaqələndirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin enerji layihələri ilə qitələrarası inteqrasiya və enerji təhlükəsizliyinə, rifaha, dövlətlər arasında qarşılıqlı faydalılıq prinsipinə əsaslanmış əməkdaşlıq mühitinə töhfələr verdiyini bildirib.

Nazir belə bir siyasətin töhfəsi kimi Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb: "Cənub Qaz Dəhlizinin Avropaya qazın çatdırılmasını təmin edən sonuncu seqmenti - TAP üzrə işlər pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, başa çatır. Cənub Qaz Dəhlizinin cari ilin sonuna kimi - enerji sektorunun ağır dövründə tam istismara verilməsi planlaşdırılır. Cənub Qaz Dəhlizi ölkəmizin qaz sektorunun inkişafına və qaz istehsalının artması ilə sənaye müəssisələrinin yaranmasına təkan verən və davamlı inkişafı təmin edən layihədir. Ölkədə qaz hasilatının bu il 38,2 milyard kubmetrə, 2022-ci ildə isə 44,5 milayrd kubmetrə çatması gözlənilir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video