02 Iyul 2020 12:51
835
Elm və texnika
A- A+

Polşada “Maddi və qeyri-maddi irsin qorunması arasında mədəni irsin seqmentləri” adlı VI elmi konfrans keçirilib


Polşanın Krakov şəhərində yerləşən Yagellon Universitetinin təşkilatçılığı və Krakov şəhərinin icra başçısı Jatsek Mayxrovskinin, habelə Yagellon Universitetinin Hüquq və idarəetmə fakültəsinin təşkilatçılığı ilə "Maddi və qeyri-maddi irsin qorunması arasında mədəni irsin seqmentləri” adlı VI elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyada hökm sürən epidemioloji vəziyyətlə əlaqədar olaraq onlayn keçirilən elmi konfransa Polşanın dövlət xadimləri, alimləri, eləcə də xarici ölkələrin, həmçinin Azərbaycanın təhsil ocaqlarının professorları qoşulublar. Ölkəmizi Azərbaycanı Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov təmsil edib. Alim "Tarixi abidələr: milli-mənəvi dəyərlər xəzinəsinin ən qiymətli incisi” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da dəvət olunan mühazirəçi qismində "Azərbaycanda müasir dövrümüzə qədər qorunub saxlanılan bütpərəst abidələr” mövzusunda elmi işlə çıxış edib. O, Azərbaycan ərazisində qədim dövrlərdən bu günümüzə gəlib çatan bütpərəst abidələr haqqında məlumat verib.

Elmi diskussiya zamanı iştirakçıların suallarını cavablandıran Həsən Həsənov Azərbaycandakı tarixi, mədəni abidələrlə bağlı əlavə məlumat paylaşıb. İştirakçıların daha çox marağına səbəb olan mövzular isə Qız Qalası, Yanardağ, Qobustan, Atəşgah, Beşbarmaq dağı və Azərbaycan ərazisində yaşayan tayfalar haqqında məlumat olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video