02 Iyul 2020 10:51
1473
Səhiyyə
A- A+

Dünyada COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları Azərbaycandakı xəstəxanaların depolarında var


Hazırda Azərbaycanda klinikalar bütün dərman təchizatları ilə təmin olunub. Dünyada COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları xəstəxanaların depolarında var və istifadə olunur. Həmin preparatlar ölkəyə erkən gətirilib. Bu baxımdan hər hansı bir problem yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində test nəticəsi pozitiv çıxan bütün koronavirus xəstələri xəstəxanalara yerləşdirilmirlər. Hətta xəstələrin bir hissəsi evdə müalicəni üstün tuturlar: "Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq xəstə xəstəxanaya yerləşdirilir. Ancaq vəziyyəti stabil, yaşı az olan, hər hansı bir xroniki xəstəlikdən əziyyət çəkməyən, assimptomatik formalı xəstənin xəstəxanada yatmasına gərək yoxdur. Sadəcə müalicəsi həkim tərəfindən tənzimlənir. Eyni zamanda, sahə həkimi tərəfindən də izlənilir. Telefon vasitəsilə xəstənin şikayətləri, simptomları dinlənilir. Ehtiyac yaranarsa, xəstələr təkrar ambulator triaja cəlb olunurlar. Lazım gələrsə, onlardan qan analizi götürülür və müayinə edilirlər. Ehtiyac olarsa, müalicə takatikaları dəyişdirilir, xəstəxanada müalicə almaq zəruridirsə, xəstəxanaya yatırılırlar. Təbii ki, xəstəlik sayı artdığına görə, bütün belə xəstələr xəstəxanaya yerləşdirilə bilməzlər. Bu sistem bir gün içərisində qurula bilməz. Burada dərman təchizatı, həkimlərin həmin xəstəxanalara ezam olunması var. Son günlər fərqli xəstəxanalar da koronavirusla mübarizə mərkəzinə çevrilib. Xəstə sayı çox olduğuna görə, onların hamısının evdə izlənilməsi də mümkün deyil. Bu zaman səhiyyə işçilərinin üzərinə ağır xəstələrin düzgün triajını aparmaq məsuliyyəti düşür. Ağır xəstələr koronavirus testinin nəticəsindən asılı olmayaraq, yaş faktoruna əsasən dəyərləndirilirlər. Əgər xəstə xəstəxanada müalicə almalıdırsa, mütləq xəstəxanaya yatırılır. Lakin ev şəraitində izlənib nəzarətdə saxlanılmasına qərar verilibsə, o zaman həmin şəxs evdə qalmalıdır. Həmin xəstənin həkim tərəfindən müayinəsi, müalicəsi aparılmalı və o nəzarətdə saxlanılmalıdır".

"Bəzi vətəndaşlar koronavirusla mübarizədə istifadə edilən dərmanları qədərindən artıq alıb evlərində saxlayırlar. Bu baxımdan da dərman əskikliyi yaşaya bilirik. Lakin alternativ dərman preparatları da var. Son günlər bəzi dərmanlar apteklərdə çətin tapılırdı. Lakin onlayn aptek vasitəsilə həmin dərmanları əldə etməklə və ya digər alternativ dərmanlarla bunu tənzimləmək olur. Xəstəxanalar bütün dərman preparatları ilə dövlət hesabına təchiz olunub. Xəstənin yatdığı müddətdən və istifadə etdiyi dərmanın miqdarından asılı olmayaraq hamısı dövlət hesabına təmin edilir. Lakin şəxsin öz istəyi ilə xəstəxanalara müraciət edərək və ya müraciət etmədən apteklərdən gedib dərman alması onun öz hesabınadır. Məsləhət görürəm ki, dərman əskikliyi yaşayanlar həkimə müraciət etsinlər. Həkim onlara alternativ preparat təklif edə və ya həmin şəxslərin dərman istifadəsinə ehtiyacı olmadığını müəyyənləşdirə bilər", - deyə V.Əliyev diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video