02 Iyul 2020 00:34
1068
Təhsil
A- A+

Dövlət proqramı çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının icrası məsələləri müzakirə edilib


İyulun 1-də Təhsil Nazirliyində onlayn mətbuat konfransı keçirilib. Konfransın mövzusu "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının icrasına həsr olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mətbuat konfransında xaricdə doktorantura təhsili üzrə cari vəziyyətə toxunulub. Dövlət proqramı çərçivəsində 2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə müraciət edən namizədlərin müsabiqə nəticələri açıqlanıb. Ümumilikdə elektron ərizə sistemi vasitəsilə müraciətini təsdiq edən 67 nəfərdən 45-i müsahibə mərhələsinə buraxılıb. Müsabiqə nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı müvafiq proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. Onlar təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Bu prosesdə 9 yerli ali təhsil müəssisəsi tərəfdaş kimi iştirak edir.

Qeyd edilib ki, 2020-ci ilin payız semestrindən xaricdə doktorantura təhsili üçün növbəti sənəd qəbulu açıq elan edilib və son müraciət tarixi avqustun 2-dir.

Konfrans çərçivəsində media nümayəndələrinə, həmçinin ikili diplom proqramlarının icrasına dair cari vəziyyətlə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycanda ali təhsil standartlarının müasirləşdirilməsi məqsədilə ilkin mərhələdə dövlət proqramı çərçivəsində beş beynəlxalq ikili diplom proqramının təsis olunması nəzərdə tutulur. Bu məqsədlə aşağıda göstərilən dörd ikili diplom proqramından ilk ikisi üzrə işlər yekunlaşdırılıb, digərləri üzrə isə yekunlaşmaq üzrədir. Həmin proqramlar üzrə növbəti tədris ili üçün tələbə qəbulu həyata keçiriləcək:

- ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "Təhsil” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;

- ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin "İnformasiya texnologiyaları” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;

- Koreya Respublikasının "INHA” ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin (BMU) "Mühəndislik” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı;

- Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ADPU və CVU-nin "Təhsil” ixtisası üzrə magistratura proqramına növbəti sənəd qəbulu barədə elan verilib. 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayı ərzində ayrıca imtahan təşkil ediləcək. İmtahanda bakalavriat səviyyəsinin "Təhsil”, "Humanitar və sosial”, "İqtisadiyyat və idarəetmə”, həmçinin "Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslərin iştirakına icazə verilib.

Daha sonra UFAZ-da ilk dəfə magistratura səviyyəsi üzrə keçirilən qəbul imtahanlarının nəticələrindən söz açılıb. Bildirilib ki, imtahanda uğurlu nəticə əldə edən 80 nəfər 2020-2021-ci tədris ili üçün bu ali təhsil müəssisəsinin magistratura səviyyəsində ödənişsiz əsaslarla təhsil almaq hüququ əldə edib.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı I müsabiqənin nəticələrinə dair geniş statistika və göstərilən ikili diplom proqramları haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video