Yollarımız daha rahat olacaq
Bu istiqamətdə həyata keçirilən yeni infrastruktur layihələri əhalinin sosial problemlərinin həllinə dəstək verir
Koronavirus pandemiyası hələ davam etsə də, ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər öz axarı ilə gedir. Bu, yeni yolların çəkilməsində və köhnələrin əsaslı təmirində aydın görünür.
Son aylar onlarca yeni yol istifadəyə verilib. Prezident İlham Əliyevin bu yolların əksəriyyətinin açılışında iştirak etməsi bir daha onların nə qədər önəmli olduğunu göstərir.
Yaşadığımız bu çətin və sınaq dolu vaxtda yolların əhəmiyyəti bir qədər də artır. Xüsusilə ərzaq məhsullarının və digər yüklərin daşınmasında yolların rahat olması çox vacibdir. Bu, istər kənd, bölgə və şəhərlərimiz arasındakı, istərsə də Azərbaycanı digər ölkələrlə bağlayan yollara aiddir.
Yeni yollardan biri də bu il iyunun 3-də Prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra istifadəyə verilən Tərtər rayonundakı Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yoludur. Uzunluğu 21,5 kilometr olan bu yol 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Dördüncü texniki dərəcəli yolun hərəkət hissəsinin eninin 6 metr, hərəkət zolaqlarının sayının 2 olması, yolboyu avtobus dayanacaqlarının, suötürücü boruların, yol nişanlarının və göstərici lövhələrin quraşdırılması, cizgi xətlərinin çəkilməsi müasir bir infrastruktur layihəsinin uğurla başa çatdığını təsdiqləyir.
İyunun 22-də isə dövlət başçısı Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.
Fərqli görkəmə malik, müasir texnologiyalar əsasında inşa olunan bu keçid paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir. Yeni piyada keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və həmin il açılışında Ulu Öndər Heydər Əliyevin iştirak etdiyi bu park paytaxt sakinlərinin sevimli istirahət məkanlarındandır.
Keçidin istifadəyə verilməsi piyadaların təhlükəsizliyinə xidmət edir. Belə ki, indiyə qədər onlar hər gün, xüsusilə axşam və səhər pik saatlarında yolu keçməkdə çətinlik çəkirdilər. Bununla yanaşı, nəqliyyat vasitələrinin hərəkəti üçün də problemlər yaranırdı. Beləliklə, indi artıq bu ərazidə piyadalar təhlükəsiz hərəkət edəcək, avtomobillər isə tıxaca düşməyəcək.
Qeyd edək ki, son illər avtomobil yollarında hərəkətin intensiv olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına xüsusi diqqət yetirilir. 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub. Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir. Daha bir neçə yerdə bu cür qurğuların tikintisi davam etdirilir.
Hazırda bilavasitə yol tikintisində də yeniliklər çoxdur. Məsələn, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun "Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqların sayı 4-ə çatdırılıb. Paytaxtın şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxacların aradan qaldırılması üçün icra edilən bu layihə çərçivəsində "20 Yanvar” dairəsində yolun hərəkət hissəsi 10 metrə qədər, magistral yol Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissədə hər iki istiqamət üzrə bir hərəkət zolağı enində genişləndirilib.
Son dövrdə Prezident İlham Əliyev yol tikintisi və təmiri ilə bağlı daha neçə-neçə sərəncam imzalayıb. Həmin sənədlərdən biri 24 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Kəlbəcər-Laçın (14 km)-Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad avtomobil yolunun tikintisinə aiddir. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitdən 9,6 milyon manat ayrılması barədə sərəncam verilib.
Dövlət başçısının daha bir sərəncamı ilə 6 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi həyata keçiriləcək. Bunun üçün 5,6 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
Prezident Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)-Şahnəzərli avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 900 min manat vəsaitin ayrılması barədə də sərəncam verib.
Hazırda paytaxtın Bakı şəhər Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işləri də davam etdirilir. Bu məqsədlə Prezidentin sərəncamına əsasən 2,85 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Dövlət başçısı dəfələrlə vurğulayıb ki, yaranmış vəziyyətə baxmayaraq infrastruktur layihələri ixtisar edilməyəcək. Yol tikintisində layihələrin ardıcıllıqla icra edilməsi bunu bir daha təsdiqləyir. Bu layihələr xüsusilə indiki dövrdə əhalinin sosial problemlərinin həllinə böyük dəstək verir.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!