02 Iyul 2020 00:27
1483
Mədəniyyət
A- A+

“Qarabağ”, 30 yaşın mübarək!


30 il öncə - 1990-cı ilin may ayında Dağlıq Qarabağ və ətraf rayonlarda baş verən hadisələrin daha dəqiq və obyektiv işıqlandırılması üçün "Qarabağ” adlı qəzet təsis edildi.

Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsinin orqanı kimi 1990-cı il iyul ayının 1-də işıq üzü görən "Qarabağ” ilk gündən Qarabağın tarixi, mədəniyyəti, adət-ənənəsi və görkəmli şəxsiyyətləri haqqında oxuculara ətraflı məlumat verməyə başlayıb.

Həmin vaxt bölgədə erməni separatizmi baş qaldıraraq azərbaycanlılara qarşı torpaq iddiası ilə bölgədə müharibə şəraiti yaratmışdı.

Qəzetin əməkdaşları münaqişənin alovlandığı bütün nöqtələrdən real vəziyyət haqqında respublika oxucularına və dünya ictimaiyyətinə Azərbaycan və rus dillərində dəqiq və operativ məlumatlar çatdırırdı.

40 min tirajla çap olunan "Qarabağ” qəzeti 27 fevral 1992-ci il tarixli sayında - Xocalıda baş verən hadisələri "Xocalıda soyqrımı törədildi” başlıqlı xəbərlə tam dolğunluğu ilə Azərbaycana yayan ilk qəzetlərdən olub.

Çox böyük sıxıntılarla da olsa fəaliyyət göstərən "Qarabağ” qəzetinin davamlı çap olunmasını arzulayaraq "Qarabağ”lıları 30 illik yubileyləri münasibətilə təbrik edir, qəzetin ilk redaksiyasının yerləşdiyi məkanına - Ağdam şəhərinə DÖNÜŞÜNÜ diləyirik.

"Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video