01 Iyul 2020 14:41
420
SİYASƏT
A- A+

Azərbaycanın COVID-19-la mübarizəyə verdiyi töhfələr Ankarada keçirilən konfransda yüksək dəyərləndirilib

Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankarada fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə "Pandemiyadan sonra beynəlxalq sistem” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfransın rəsmi hissəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Strateji Düşüncə İnstitutunun başqanı Muhammet Savaş Kafkasyalı çıxış ediblər.

Mustafa Şentop çıxışında bildirib ki, 10 milyondan artıq insanın yoluxduğu, 500 mindən çox insanın həyatına son qoyan koronavirus pandemiyası beynəlxalq münasibətlər sistemindəki ziddiyyətləri bir daha bütün çılpaqlığı ilə nümayiş etdirir. Türkiyə məlum infeksiyaya qarşı tədbirli mübarizə aparmaqla bərabər humanizm prinsiplərinə söykənərək başqa ölkələrə də yardım göstərir.

Sonra konfrans işini panel iclasla davam etdirib. Əvvəlcə M.S.Kafkasyalının "Problem və beynəlxalq sistem” mövzusunda məruzəsi dinlənilib. O, pandemiyanın yaratdığı problemlərdən danışaraq deyib ki, bu problemlərin aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün baş verənlər dərindən təhlil olunmalı, məsələnin kökləri öyrənilməlidir.

Səfir Xəzər İbrahim çıxışında koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində Azərbaycanda görülən tədbirlərdən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq baxımından mühüm addım kimi qiymətləndirib. Səfir diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Hər iki beynəlxalq əhəmiyyətli tədbirdə dünya liderləri Azərbaycanın təşəbbüsünü, mövqeyini və çağırışlarını birmənalı şəkildə dəstəkləyiblər. Diplomatik nümayəndəliyimizin rəhbəri çıxışında, həmçinin Azərbaycanın qəbul etdiyi qərarlar, onların çevik icrası, xarici ölkələrə göstərilən yardımlardan danışıb.

Tədbirdə, Rusiya, İngiltərə, Hindistanın, İsrail, Braziliya və digər ölkələrin Türkiyədəki səfirlərinin də çıxışları olub. Onlar Azərbaycanın təşəbbüsü ilə bu mövzuda müzakirələrin aparılmasını yüksək dəyərləndirən səfirlər COVID-19 infeksiyasının dünyada yaratdığı problem, ölkələrdə mövcud vəziyyət, böhrandan çıxış yolları, tərəflərin üzərinə düşən məsuliyyət və digər məsələlərdən söz açıblar. Çıxışçılar təəssüflə bildiriblər ki, müasir dünya COVID-19 pandemiyasını hazırlıqlı qarşılamayıb. Müxtəlif ölkələrin maska və digər tibbi ləvazimat uğrundakı mübarizədə atdığı addımlar bunun bariz nümunəsidir. Diqqətə çatdırılıb ki, postpandemiya dövründə beynəlxalq sistemin mükəmməl qurulması üçün liderlər, siyasi xadimlər, iqtisadçılar, elm və düşüncə adamlarının üzərində böyük məsuliyyət düşür.

Qeyd edək ki, Türkiyədə uzun fasilədən sonra ilk dəfə olaraq dövlət nümayəndələri, xarici ölkələrin səfirləri, QHT rəhbərlərinin iştirakı ilə təşkil edilən beynəlxalq tədbir videokonfrans formatında yox, qaydalara riayət edilməklə ənənəvi şəkildə keçirilib. Konfransda 60-dan çox səfir iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video