01 Iyul 2020 13:27
378
SİYASƏT
A- A+

Səməd Seyidov: Milli Məclis Prezidentin tövsiyələrinə uyğun olaraq fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun qurub


VI çağırış Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə fəaliyyətə başladı. Dövlətimizin başçısının çıxışı parlamentin gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Komitə sədri qeyd edib ki, yeni tərkibli parlament Prezidentin tövsiyələrinə uyğun olaraq öz fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun qurub: "Formalaşmış parlament müasir cəmiyyəti, yeni siyasi mühiti özündə əks etdirir. Parlamentdə həm iqtidarı, həm müstəqilləri, həm də müxalifəti təmsil edən şəxslər parlamentin və onun komitələrinin rəhbərliyində təmsil olundular. Bilirsiniz ki, yeni çağırış parlamentin yaz sessiyası dünyadakı pandemiya böhranı dövründə fəaliyyətə başladı. Bu şəraitdə parlamentin rolunun artırılması və cəmiyyət tərəfindən daha yüksək səviyyədə qəbul olunması üçün böyük işlər görüldü. Burada parlamentin yeni simasını, yeni təsir imkanlarını inkişaf etdirən rəhbərliyin, xüsusilə Sədr Sahibə Qafarovanın rolunu xüsusi qeyd etmək lazımdır. Baxmayaraq ki, pandemiya dövründə beynəlxalq əlaqələr canlı şəkildə demək olar ki, kəsildi, amma parlament beynəlxalq fəaliyyətini nəinki kəsmədi, hətta artırmağa başladı. Təsadüfi deyil ki, Milli Məclisdə 80-dən çox ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları formalaşdırılıb".

Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlərin görüldüyünü söyləyən komitə sədri deyib ki, pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, beynəlxalq müstəvidə videokonfrans formatında bir sıra görüşlər keçirilib və danışıqlar aparılıb.

S.Seyidov, həmçinin qeyd edib ki, yaz və növbədənkənar sessiyalar ərzində qanunvericilik fəaliyyətində üç mühüm bloku qeyd etmək lazımdır: "Belə ki, bu dövrdə qanunvericilik işlərinin ən böyük hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. İkincisi isə, Prezidentin həyata keçirdiyi islahatlarla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsidir. Bu istiqamətdə də vacib qanunlar qəbul olundu. Üçüncü blok qanun layihələri isə vətəndaşların problemlərinin həll olunması ilə birbaşa bağlıdır. Bu da korrupsiyaya qarşı mübarizə, insanlarda məmnunluq hissi yaradan vətəndaş-dövlət münasibətlərini tənzimləyən qanunların qəbul olunmasıdır. Təbii ki, bütün bunlar ölkədə qanunun aliliyini təmin edən amillərdir. Sessiyalar ərzində ratifikasiya olunmuş müxtəlif dövlətlərarası və beynəlxalq sazişlərdə, konvensiyalarda hər üç blok əhatə olunur".

Komitə sədri söyləyib ki, bu dövrdə görülən işlər parlamentin cəmiyyətdə nüfuzunu daha da artırıb və qanunverici orqana inamı yüksəldib, seçicilər ilə işin yüksək səviyyədə təşkil olunmasına güclü əsaslar yaradıb: "Qısa bir müddətdə bu proseslərdə dönüş yaranıb. Onu da qeyd edim ki, Prezidentin tövsiyələri əsasında parlament daxilində islahatlar da həyata keçirilib. Milli Məclis özündə islahatlara başlayaraq yeni baxışlarla ictimai münasibətləri formalaşdırmağa başlayıb. Bu bizə deməyə əsas verir ki, qarşıdakı dövrlərdə də parlamentin ölkəmizin həyatında rolu artacaq, görülən işlər Azərbaycan parlamentarizminin inkişafına töhfələr verəcək".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video