01 Iyul 2020 12:54
654
Mədəniyyət
A- A+

Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib


İyunun 30-da Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası keçirilib. Videokonfrans formatında təşkil olunan iclasda Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclas 2020-ci ilin noyabr ayında keçiriləcək plenar sessiyanın gündəliyinin hazırlanması və "İqlim dəyişikliyi və davamlı inkişaf" və "Süni intellekt və mədəniyyət, yaradıcılıq və mədəni irs" mövzuları haqqında məlumat verilməsi ilə başlayıb.

İclas zamanı "Avropa İnsan Hüquqları Konvensiyasının 70 illiyinə töhfə: Rəqəmsal dövrdə İncəsənət, Mədəniyyət, Mədəni İrs və Söz Azadlığı” mövzusunda manifestin layihəsi və "Avropa Şurası Rəqəmsal Sərgisi” üçün konsepsiya mövzusu müzakirə olunub. Həmçinin, Avropa Şurasının dəstəyi ilə yaradılan "Compendium” və "HEREİN” adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son illər ərzində tətbiq edilən yeniliklər təqdim edilib.

İclasda Azərbaycan nümayəndə heyəti çıxış edərək ölkəmizdə mədəniyyət sahəsində xüsusi karantin rejimi dövründə görülən işlərdən danışardaq bir sıra layihələrin həyata keçirilməsi təklifini irəli sürüb.

Bundan əlavə, Avropa Landşaft Konvensiyasının həyata keçirilməsi üçün milli siyasət və beynəlxalq əməkdaşlıq, 2020-2022-ci illər üzrə iş proqramı və fəaliyyət planı müzakirə edilib.

Sonda Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin iclasının yekun hesabatı qəbul olunub və bu sənədin katiblik tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin nəzərinə çatdırılacağı bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video