01 Iyul 2020 11:19
683
DÜNYA
A- A+

Roma Papası: pandemiya KİV-in missiyasının nə qədər vacib olduğunu göstərdi


Pandemiyanın son ayları KİV-lərin missiyasının nə qədər vacib olduğunu nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu barədə Roma Papası Fransisk Katolik Mətbuat Assosiasiyasının üzvlərinə müraciətində bildirib.
"Son ayların təcrübəsi insanların həmrəyliyi hiss etmələrinə şərait yarmaq üçün vacib olan bütün mətləbdən xəbər verərək, düşüncələri və qəlbləri həqiqətə açan KİV-lərin missiyasının nə qədər mühüm olduğunu göstərdi”, - deyə pontifik yazıb.
Fransisk son aylar öz çıxışlarında müxtəlif peşələrin nümayəndələrini, ilk növbədə isə koronavirusun yayılması ilə mübarizənin ön sıralarında dayanan tibb işçilərini mütəmadi olaraq yada salıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video