Alternative content

10:17 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Finlandiyada COVID-19-u iki dəqiqəyə müəyyən edən yeni test üsulu hazırlanıb
Finlandiyada COVID-19-u iki dəqiqəyə müəyyən edən yeni test üsulu hazırlanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:16 01.07.2020

Bu yay Helsinkidə nəfəslə koronavirusa yoluxub-yoluxmamağın təyin olunmasının mümkünlüyü öyrənilməyə başlanılacaq. Bu, dünyada ən sürətli və bəlkə də ən ucuz koronavirus testi ola bilər. Nəticəsi iki dəqiqə ərzində aşkar olunan bir testin qiyməti iki avroya başa gəlir.

Virium Helsinki forumu və "Deep Sensing Algorithms” şirkətlərinin mətbuata verdiyi açıqlamada belə deyilir.

AZƏRTAC Rusiyanın fontanka.ru saytına istinadla xəbər verir ki, Finlandiyada test nanosensorların köməyi ilə nəfəs alınan havada biomarkerlər olduğu üzvi birləşmələri aşkar edəcək. Müxtəlif xəstəliklərə səbəb olan biomarkerlərin araşdırılması koronavirusun da olub-olmadığını müəyyən edəcək. Testdən keçməyə hazır olan bütün könüllülər ənənəvi üsuldan istifadə etməklə araşdırıcı vasitəsilə COVID-19 yoxlamasının doğruluğunu sınamaq imkanına yiyələnəcəklər.

Testlər səmərəli olduğu təqdirdə, avqustda insanları sınaqdan keçirmək üçün ilk qurğular hazır olacaq.

"Deep Sensing Algorithms” şirkətinin icraçı direktoru Pekka Rissanen deyib: "On gün ərzində bütün Finlandiya əhalisi testdən keçirilə bilər. Genişmiqyaslı antivirus tədbirləri ilə müqayisədə sınaq xərcləri o qədər də çox vəsait tələb etməyəcək”.

Mayda ölkədə koronavirusun asimptomatik daşıyıcılarını müəyyənləşdirmək üçün itlərin sınaqdan keçirilməsinə başlanılıb. İyulun birinci ongünlüyündə testlərin növbəti sınaq mərhələsi əvvəlcə Finlandiya və Qazaxıstanda, bir qədər sonra isə Niderland və ABŞ-da aparılacaq.

Onu da qeyd edək ki, pandemiya başlanandan indiyədək ölkədə 7214 nəfər COVID-19 infeksiyasına yoluxub.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM