01 Iyul 2020 10:27
585
CƏMİYYƏT
A- A+

Kəsif qoxulu dişqurtlayan bitkisi spazmolitik təsirə malikdir


Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün indi xüsusi vasitələr var. Çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də bu sahədə ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayanın ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, dişqurtlayanın əsas maddəsi kellin spazmolitik təsirə malikdir. O damarların, bağırsağın, sidik və öd kisəsinin divarlarının tonusunu azaldır, bronxları və ürəyin vena damarlarını genişləndirir. Bitki dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını artırır.

Dişqurtlayan tibdə spazmolitik təsir göstərən vasitə kimi ürəyin stenokardiya xəstəliyində, göyöskürək, bronxial astma, mədə və bağırsaq spazmalarında, həmçinin ürək arteriyalarını genişləndirən vasitə kimi aterosklerotik kardioskleroz və xroniki ürək çatışmazlığında istifadə edilir. Onun meyvəsindən alınan preparat həb formasında buraxılır. Nitroqliserinə oxşar təsir göstərir, lakin ondan fərqli olaraq stenokardiyanın ağrılı tutmalarını aradan qaldırmır, tez təsir etmir, lakin xroniki ürək çatışmazlığında kellinin müalicəvi təsiri uzun müddət davam edir.

Onu da qeyd edək ki, kellini uzun müddət istifadə edildikdə və ya dozası çox olduqda ürəkbulanma, qusma, ümumi əhval-ruhiyyənin pozulması, dəridə allergik səpgilərin əmələ gəlməsi kimi mənfi hallar baş verə bilər. Qan dövranı pozğunluğunda kellindən istifadə etmək olmaz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video