Alternative content

02:49 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Artırılan cərimələr məsuliyyətsizliyin nəticəsidir
Artırılan cərimələr məsuliyyətsizliyin nəticəsidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:56 01.07.2020


Qlobal pandemiya elan edilən yeni növ koronavirus (COVID-19) hələ də Yer üzündə sürətlə yayılmaqda davam edir. Xəstəliyin ilkin mərhələsində müəyyən azalmalar müşahidə edildiyindən atılan yumşalma addımlarından sonra vəziyyət yenə də eyni böhranlı hala düşdü. Bunun da səbəbi insanların qaydalara əməl etməməsidir.

Hazırda dünya ölkələri çıxış yolu kimi yenidən sərt karantin rejiminə qayıdır. Amma dəfələrlə vurğulandığı kimi, uzun sürən karantin rejimlərinin özü də elə pandemiya qədər təhlükəli nəticələrə səbəb ola bilər.

Demək olar ki, hər ötən gün Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətin pisləşməsi ilə bağlı üzücü açıqlamalar verir.

Qurumun Baş direktoru Tedros Adhanom Gebreyesus deyib ki, bəzi ölkələr öz iqtisadiyyatlarını bərpa etmək və ictimai həyata qayıtmaq ərəfəsində yüksək yoluxma halları ilə üzləşiblər: "Əksər insanlarda virusa həssaslıq qalmaqdadır. Onun geriyə qayıtması üçün hələ də ehtimallar var. Acı reallıq ondan ibarətdir ki, vəziyyət hələ də tənzimlənməyib”.


COVID-19 bəlasından birgə qurtuluş yolu


Azərbaycan hələ virusun ilk yayıldığı zamandan etibarən aparılan qabaqlayıcı tədbirlər sayəsində qlobal böhrandan minimum itkilərlə çıxmağı bacaran ölkələr siyahısında yer aldı. Hətta ölkəmizin bu mübarizə üsulu ÜST tərəfindən ölkələrə örnək göstərildi, nümunə çəkildi.

Azərbaycan öz daxilində pandemiya ilə savaşmaqla yanaşı, ona qarşı mübarizə aparmaq üçün 20-dən çox ölkəyə yardım əlini uzatdı, həmrəylik nümayiş etdirdi. Bir çox beynəlxalq təşkilatları videokonfrans formatında təşkil olunan toplantıda birləşdirərək COVID-19 bəlasından birgə qurtuluş yolları axtarmağın təşəbbüskarına çevrildi.

Ölkə daxilində isə bütün imkanlarını yenə də koronavirusla mübarizəyə yönəldib vətəndaşlarının sağlamlığını ön planda tutdu. Virusa yoluxan xəstələrin hamısının xəstəxana şəraitində müalicə olunması isə dövlətin onların hər birinə ən humanist yanaşmasının bariz nümunəsi oldu.

Tətbiq olunan karantin rejimləri dövründə (hazırda da) aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı kimsəsiz şəxslərə yardım edilməsi, sahibkarlara dəstək verilməsi, ümumiyyətlə, pandemiyanın insanların həyatına təsirini azaltmaq üçün atılan əhəmiyyətli addımlar hər bir vətəndaşın dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmasından xəbər verdi. Elə bu zəruri addımlar koronavirusun ilkin dalğasını vətənimizdə az itki ilə ötüşdürdü.

Bu bir gerçəklikdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər ölkəmizi böyük bir bəladan xilas etdi.


Yumşaldılmanı koronavirusun dünyadan yox olması kimi anlayanlar...


Buna görə də həmin ərəfədə epidemiya sahəsində əldə olunan müsbət dinamika sərtləşdirməni yumşalma meyilləri ilə əvəzlədi.

Tədricən Azərbaycanda həyat normal məcraya istiqamətləndirildi. Amma koronavirusun peyvənd və ya müalicəsi tapılana qədər bütün dünyaya diktə etdiyi yeni tələblərlə həyatı davam etdirmək olar. Bu əsnada vətəndaşların sağlamlıqları, təhlükəsizlikləri bilavasitə onların məsuliyyətindən birbaşa asılı idi. İctimai yerlərdə məsafə saxlanmalı, qapalı yerlərdə maskadan istifadə edilməli, şəxsi gigiyenaya həmişəkindən daha diqqətli yanaşılmalı idi. Sadalanan bu üç qayda hələlik koronavirusa yoluxmamağın ən effektiv üsulu olduğu üçün tələblərə riayət etmək həyati əhəmiyyət daşıyırdı.

Amma gözlənilənin əksinə olaraq bir çox vətəndaşlar yumşaldılmanı koronavirusun dünyadan yox olması kimi anlayaraq, qoyulan qaydalara riayət etməyi bir kənara qoydular. Sosial məsafə saxlanılmadı, maskaya ehtiyac görülmədi və qısa zamanda bu məsuliyyətsizliyin acı reallığı ilə hər kəsi üz-üzə qoydu. Ölkəmizdə COVID-19-a yoluxma sürətli bir hal alaraq rəqəmləri 15 minin üzərinə daşıdı. Ölənlərin sayında da artım oldu. Əvvəlki mərhələdə az rast gəlinən neqativ hallar müşahidə edildi, yoluxanlar arasında gənclərin sayı çoxaldı, o cümlədən ağırlaşma halları olan xəstələrin sayı artdı. Buna görə də yenidən karantin rejiminin uzadılmasına, bəzi rayon və şəhərlərdə sərtləşdirmələrə qərar verildi.


Davam edən qayda pozuntularının acı nəticəsi


Reallıqda yenə də məlum oldu ki, görülən tədbirlər də hələlik yoluxma sürətinin qarşısını ala bilməyib. Çünki ölkədə yaşanan çətin, böhranlı günlərdə belə tələb olunan qaydalar çərçivəsində yaşamaq istəməyən biganələr, eqoistlər, məsuliyyətsizlər var. Onlar özlərinin belə təhlükə altında olmalarının fərqinə varmadan millətin taleyi ilə oynayırlar. Pandemiyanı heçə sayaraq istirahət etməyə çalışırlar, qadağalara baxmayaraq rayonlarda dincəlmək arzusuna düşürlər, postlardan müxtəlif qanunsuz yollarla keçməyə cəhd göstərirlər.

Çoxları ictimai yerlərdə məsafə saxlamadılar, nəqliyyatda, qapalı yerlərdə maskadan istifadə etmədilər. Yas mərasimlərində iştirak etdilər, toy düzənlədilər, kafe açılışları təşkil etdilər və sair və ilaxır...

Təbii ki, yol verilən bütün bu qanunsuz davranışların, məsuliyyətsiz addımların qarşısı alınır, onlar müəyyən olunmuş qaydada cərimələnirdilər. Amma heyrətləndirici bir reallıq da ortada idi. Hələlik qaydalara uymaqla bağlı edilən sosial çağırışlar, tətbiq olunan cərimələr yenə də bəzilərinin məsuliyyətsizliyinin qarşısını ala, önünü kəsə bilmir. Qayda pozuntuları davam edir, paralel olaraq yoluxma sayını artırır.

Və artıq ölkəni məhvə sürükləyən bu cahil davranışlardan qurtulmaq üçün cərimələrin artırılması, SMS icazə sistemində bir çox icazələrin ləğv edilməsi məsələsini gündəmə gətirdi və təxirəsalınmadan tətbiqini labüd etdi.

Artıq sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslərə 200, vəzifəli şəxslərə 400, hüquqi şəxslərə isə 800 manat məbləğində cərimə yazılacaq.


İnsan yaşamını sual altında qoyan bu bəlaya biganə yanaşsaq...


Bəli, təəssüf ki, bütün dünyada olduğu kimi Azərbaycanda da vəziyyət ciddidir, təhlükə sovuşmayıb. Bunun üçün ölkəmizdə yoluxma ilə bağlı son statistikaya nəzər salmaq kifayətdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 29-na olan statistik göstəricilərində qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 475 525 test aparılıb. Onlardan 16 968-nin cavabı pozitiv çıxıb. İndiyədək 206 nəfər COVID-19-dan dünyasını dəyişib, 9369 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 7393 nəfərdir. 213 nəfər reanimasiyada, 36 nəfər süni tənəffüs cihazındadır.

Bütün bu mənfi göstəriciləri müsbətə istiqamətləndirmək isə yenə də insanların öz əlindədir. Görülən tədbirlər, artırılan cərimələr yalnız təhlükəni dayandırmaq, sağlamlığımızı qorumaq üçündür. Çox sadə olan üç qaydaya əməl etsək, məsafə saxlasaq, maska taxsaq, şəxsi gigiyenaya fikir versək nə cərimələnərik, nə də həyatımız təhlükədə olar.

Amma yenə də dünyada insan yaşamını sual altında qoyan bu bəlaya biganə yanaşsaq, vətəndaş məsuliyyətini unutsaq nəinki artırılan cərimələr, tətbiq olunan Karantin rejimləri, ümumiyyətlə, heç bir qüvvə xalqımızı bu fəlakətdən qoruya bilməz.

Necə ki gec deyil, tutduğunuz bu yanlış yoldan geri dönün ki, biz də koronavirusla bağlı dünyanın yaşadığı acı ssenariləri yaşamayaq. Zülmətdən işığa yol alaq, irəli gedək, gələcəyə ayaq basaq...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM