01 Iyul 2020 01:48
660
CƏMİYYƏT
A- A+

Neftçalada “Əsgərə salam” aksiyası keçirilib


Neftçala Rayon İcra Hakimiyyəti Heydər Əliyev Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə başladığı təşəbbüsə qoşulub.

Neftçala rayonunda fəaliyyət göstərən müxtəlif müəssisə, idarə və təşkilatlar Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, bütün şəhidlərimizin xatirəsinə və həqiqi hərbi xidmətdə olan əsgərlərimizə dəstək məqsədilə "Əsgərə salam” aksiyasına qoşulub.

Rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyası Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il sərəncamına əsasən, 26 iyun "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” elan olunmuş və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməkdədir. M.Seyidov tədbirdəki çıxışını bu sözlərlə yekunlaşdırıb: "Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Neftçala rayonu da daxil olmaqla, respublikanın hər bir regionundan olan vətən oğullarının iştirakı ilə 2016-cı ilin Aprel döyüşlərində ordumuzun əks-hücum əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrdə, gənclərdə könüllülük, səfərbərlik anlayışını irəli plana çıxardı, vətənpərvərlik duyğularını yüksəltdi, hər bir fərdi əsgərləşdirdi və böyük qələbənin uzaqda olmadığını təsdiqlədi. Ali Baş Komandanın rəhbərliyi altında Böyük Qayıdış planının bizləri Şuşaya apacağına əminik”.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video