30 Iyun 2020 20:50
411
CƏMİYYƏT
A- A+

Səhiyyə Nazirliyi Aparatının rəhbəri: COVID-19 elə bir infeksiyadır ki, qısa zamanda xəstənin vəziyyəti dəyişə bilər


Bir çox vətəndaşlarımız özlərində COVID-19-un əlamətlərini hiss etsələr də, onu başqalarına bildirməkdən çəkinirlər. Onlar bunu müəyyən müddət gizlədir və özbaşına müalicə tədbirləri görüb nəticə gözləyirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov Nazirlər Kabinetinin yanında Operativ Qərargahın iyunun 30-da keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: "COVID-19 elə bir infeksiyadır ki, qısa zaman ərzində xəstənin vəziyyəti dəyişə bilər. Əgər ağırlaşma hallarını az görmək istəyiriksə, infeksiyaya dair əlamətləri özündə hiss edənlər həkimə müraciət etməlidirlər. Onların belə hallarda poliklinikaya, sahə həkiminə müraciət etmələrini məsləhət görürəm. Lakin həmin şəxslərin özlərinin poliklinikaya getmələri məsləhət deyil, çünki onlar poliklinikada digər insanları yoluxdura bilərlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video