30 Iyun 2020 20:45
481
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Azərbaycan regional və qlobal səviyyədə koronavirusla mübarizəyə öz töhfəsini verir


Azərbaycan Respublikası milli, regional və qlobal səviyyədə koronavirusla mübarizəyə öz töhfəsini verir, beynəlxalq səviyyədə olan səyləri yaxından dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Dünyada koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil. Ümumdünya Səhiyyə Təşkilatı və digər aidiyyəti təşkilatlar tərəfindən verilən məlumatlara əsasən, dünya miqyasında koronavirusa yoluxan insanların sayı 10 milyonu ötüb. Ölənlərin sayı isə artıq 500 mindən çoxdur. Son onilliklər ərzində dünyada bu qəbildən pandemiya olmayıb. Ən böyük çətinlik də ondan ibarətdir ki, qarşıda bütün dünya dövlətlərini qeyri-müəyyənlik gözləyir. Koronavirus yalnız səhiyyə, sağlamlıq problemi kimi qəbul edilməməlidir. Koronavirus dünyada çox böyük sosial, iqtisadi, humanitar fəsadlara yol açır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video